Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Çökəklikdə cənnət” - rus mediası Qarabağa axan xarici investisiyadan yazır

“Rosbalt”: “Söhbət təkcə iqtisadi səmərədən deyil, həm də çökəklikdə olan ərazinin qısa zamanda çiçəklənən diyara çevrilməsinin nümunəsini göstərmiş ölkə hakimiyyətinin imicindən gedir”

Azərbaycanın işğaldan azad edilmiş əraziləri bir neçə səbəbə görə beynəlxalq biznes üçün cəlbedici olub. Əslində, Ermənistanın işğal etdiyi və iki Qarabağ müharibəsindən sonra xarabalığa çevrilən ərazilər biznes, xüsusən də xaricilər üçün “ölü zona”ya çevrilməli idi. Amma bunun tam əksi baş verməkdədir- Rusiya, Türkiyə və bir çox başqa ölkələrdən olan investorlar Qarabağa tələsirlər, üstəlik, onlar müxtəlif layihələrdə - enerji və sənaye istehsalından tutmuş, kənd təsərrüfatının inkişafına qədər iştirak etməyə hazırdırlar”. Rusiyanın rosbalt.ru saytı belə yazır.

Yazıda qeyd olunur ki, bu maraq xüsusilə Rusiya, Türkiyə və İranın bu niyyəti qonşu Azərbaycanda, bütövlükdə isə Cənubi Qafqaz regionunda öz təsirini genişləndirmək istəyi ilə də izah oluna bilər: “Yəqin ki, belə bir istək mövcuddur, ancaq qismən. Ehtimallara görə, mövcud və potensial investorlar üçün həlledici rolu Azərbaycan hakimiyyətinin işğaldan azad rayonlarda dərhal başlamış işlər, xüsusilə ərazilərin minalardan təmizlənməsi əsas rol oynayıb. Bundan əlavə, Azərbaycan hakimiyyəti Qarabağın bərpasında iştirak edəcəkləri təqdirdə yerli və xarici sahibkarlara müxtəlif güzəştlər vəd ediblər. Eyni zamanda, Qarabağ ərazisi nəqliyyat kommunikasiyalarının, logistika, “yaşıl enerji” və bir sıra digər sənaye sahələrinin inkişafı kontekstində çox perspektivlidir.”

Qeyd olunur ki, Bakıya qoyulmuş xarici sərmayə digər investorlar üçün yaxşı nümunədir, demək, hətta viran və yandırılmış torpaqlarda belə qısa müddətdə çox iş görmək olar. “O cümlədən, Cəbrayıl rayonunun ərazisində “Araz vadisi iqtisadi zonası” sənaye parkı yaradılır. Orada müxtəlif profilli müəssisələr yaradılacaq. İqtisadi zona bütün Qarabağı əhatə edəcək” deyə, məqalədə vurğulanır.

Vurğulanır ki, işğaldan azad ərazilərdə artıq bir sıra yeni infrastruktur obyektləri açılıb. “Füzulidə 8 ay ərzində Azərbaycan beynəlxalq hava limanı tikdi və ümumilikdə dörd belə obyektin tikintisi planlaşdırılır. Onlardan biri - uçuş-enmə zolağının uzunluğu 3000 metr olan Zəngilan hava limanı gələn il istifadəyə veriləcək. Hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bundan başqa, Şuşada bir neçə mədəni-tarixi obyektlər bərpa edilib, otel, konfrans mərkəzi, yeni yaşayış kompleksi tikilir. Türkiyəli mütəxəssislər isə Qarabağda fəal şəkildə yollar salırlar. Hazırda işğaldan azad rayonların bərpasına 2 milyard manat vəsait ayrılıb və bu məbləğ davamlı olaraq artacaqdır. Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov ilin sonuna qədər işğaldan azad bütün ərazilərin elektrik enerjisi ilə təmin olunacağını bildirib. O, həmçinin Laçın, Kəlbəcər və Suqovuşanda 4 su elektrik stansiyasından üçünün bərpası üzrə işlərin başa çatdığını açıqlayıb. Bakı işğaldan azad edilmiş əraziləri 7200 MVt günəş enerjisi və 2000 MVt külək enerjisi istehsal etmək potensialına malik “yaşıl enerji” zonası elan edib. Üstəlik, Qarabağ su ehtiyatları ilə də zəngindir”.

Hurriyyet.az Rosbalt.ru- ya istinadən yazır ki, Rusiya biznesinin Qarabağdakı maraq dairələrindən biri də məhz enerjidir: “Müvafiq məsələ bu yaxınlarda Moskvada Rusiya Energetika Nazirliyinin rəhbəri Nikolay Şulqinov və onun azərbaycanlı həmkarı Pərviz Şahbazov arasında müzakirə olunub. Digər məsələlərlə yanaşı, söhbət Rusiya, Azərbaycanİranın enerji sistemlərinin birləşdirilməsindən gedir. (Şimal-Cənub enerji körpüsü layihəsi). Bakıda keçirilən “Qarabağın bərpası, yenidən qurulması və inkişafı” beynəlxalq sərgisində iştirak edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Rusiya şirkətlərinin işğaldan azad ərazilərə vəsait yatırmaqda maraqlı olduğunu, bu yaxınlarda böyük biznes missiyasının Azərbaycana səfər etdiyini bildirib. Növbəti nümayəndə heyəti isə noyabrda Bakıya gələcək.Rusiya şirkətləri “ağıllı” adlanan şəhər və qəsəbələrin tikintisi, nəqliyyat kommunikasiyalarının bərpası, enerji təchizatı, internet texnologiyaları və s. sahəsində öz imkanlarını təqdim edəcəklər. Rusiya şirkətləri üçün ən perspektivli sahələr tikinti texnologiyaları, sənaye, fasiləsiz yüksək keyfiyyətli enerji təchizatının təmin edilməsi, su təchizatı və kanalizasiya ilə bağlı texnologiyalardır” deyə, bildirilir. O da bildirilir ki, gələn il Sankt-Peterburqdakı şirkətlərdən biri Qarabağda istilik izolyasiya materialları zavodunun tikintisi üzrə investisiya layihəsinin həyata keçirilməsinə başlamağı planlaşdırır. Dağıstanlı sahibkarlar isə azərbaycanlı tərəfdaşlarla birlikdə sosial və iqtisadi layihələr üzərində işləyəcəklər.Bir sözlə, Azərbaycanda müxtəlif sənaye sahələrində həvəsləndirilən daxili və xarici investisiya fəaliyyəti üçün Qarabağda yeni imkanlar açılıb, çünki ölkə hakimiyyətinin fəaliyyəti təkcə neft və qazın deyil, həm də digər iqtisadi sahələrin inkişafına yönəlib”.

Sonda vurğulanır ki, Qarabağ bölgəsi yaxın gələcəkdə Azərbaycanın investisiya mərkəzinə çevriləcək: “Söhbət təkcə iqtisadi səmərədən deyil, həm də çökəklikdə olan ərazinin qısa zamanda çiçəklənən diyara çevrilməsinin nümunəsini göstərmiş ölkə hakimiyyətinin imicindən gedir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar