Bu gün İngiltərə Premyer Liqasında IX tura yekun vurulub.
PİA.az xəbər verir ki, turun son matçında “Mançester Yunayted”lə “Liverpul” üz-üzə gəlib.
“Old Trafford”da baş tutan matçda “Liverpul” rəqibini darmadağın edib. Misirli hücumçu Məhəmməd Salah38, 45+5 və 50-ci dəqiqədə fərqlənərək het-trikə imza atıb. “Qırmızılar”ın heyətində digər qolların müəllifi Nabi Keyta (5) və Dioqo Jota (13) olub.
Bu nəticədən sonra “Liverpul” 21 xalla ikinci pillədə qərarlaşırsa, 14 xalda qalan “Mançester Yunayted” 7-ci yerə düşüb.
pia.az