Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Putinin “sağlam mühafizəkarlıq” konsepsiyası nəyə hesablanıb? 

Rusiya prezidenti Vladimir Putin adətən xarici auditoriyaya mesajlarını çatdırmaq məqsədilə müxtəlif ölkələrin siyasi ekspertlərinin toplaşdığı beynəlxalq konfransları seçir. Putin beynəlxalq aləmə və böyük dövlətlərə ünvanladığı ümumiləşdirilmiş fikirlərini ilk dəfə 2007-ci ildə Münhün təhlükəsizlik konfransında səsləndirdi. Bir il sonra Rusiya-Gürcüstan müharibəsi baş verdi, Cənubi Osetiya və Abxaziya Gürcüstandan rəsmən qopardıldı, Kreml sahibinin Münhen çıxışından 7 il sonra Krım Ukraynadan qopardıldı, Donbass separatçı bölgəyə çevrildi.

Vladimir Putin ötən həftə keçirilən “Valday” diskussiya klubundakı çıxışına da xüsusi hazırlaşmışdı. Putinin çıxışı beynəlxalq aləmə və böyük dövlətlərə yenə mesajlarla dolu idi. Kreml sahibinin çıxışındakı əsas tezislərə diqqət yetirək:

– “Bəşəriyyət yeni ideoloji qarşıdurma dövrünə daxil olub. “Soyuq müharibədə” özünü qalib hiss edənlər (ABŞ nəzərdə tutulur) çox tez hiss etdilər ki, qalibiyyət hələ heç nə demək deyil, yer ayaqlarının altından qaçır. Son 20 ildə İraqda və Əfqanıstanda həyata keçirilən nəticəsiz və xaosu daha da dərinləşdirən hərbi müdaxilələr buna nümunədir”;
– “Bəşəriyyət sosial-iqtisadi problemlər məngənəsindədir. Kapitalizmin hazırki modeli problemlərin həllinə çarə tapa bilmir, çünki tükənib”;
– “Müharibədə qaliblər anlamağa başlayıblar ki, məsələ bitməyib, formasını dəyişib. Qalib sülh quruculuğunu təmin edə bilmir, əksinə xaos dərinləşir”;
– “100 il əvvəl Birinci Dünya müharibəsinə qoşulan Rusiya ciddi problemlərlə üz-üzə qaldı. Ancaq problemlərin həlli əvəzinə inqilab baş verdi və böyük dövlət (imperiya ifadəsini işlətmir) dağıldı. Eyni hadisələr 30 il əvvəl təkrarlandı. Gəldiyimiz qənaət budur ki, inqilablar böhranları həll etmir, daha da dərinləşdirir. Heç bir inqilab inkişaf gətirmədi”.

Vladimir Putin bu tezisləri səsləndirərkən Rusiya üçün çıxış yolu göstərib. “Biz sağlam mühafizəkarlığa üstünlük verəcəyik” deyən Kreml sahibi bunu belə izah edib: “Mühafizəkarlıq özünəqapanma və dəyişikliyə sədd deyil. Bizim üçün mühafizəkarlıq ənənələrə sadiqlik, əhali artımı, realizm, dəyərlər sisteminin müəyyənləşdirilməsi, imkanların hesablanması, hədəflərin dəqiqləşdirilməsi və ekstremizmin bütün növlərinin inkarı deməkdir”.

Vladimir Putin beynəlxalq münasibətlərdə də mühazifəkarlığa üstünlük verdiyini bildirib: “Bizə aydındır ki, beynəlxalq əməkdaşlıq olmadan köklü problemlərin həlli mümkün deyil. Ancaq reallıq hissini də itirməməliyik: Uzun illərdir səsləndirilən qlobal problemlərin həlli imkan xaricindədir. Qlobal problemlərin həlli dövlətlərin suveren hüquqların üstündə olmağı diqtə edirsə, buna heç kim razılaşmayacaq. Çünki, siyasətçilər “qlobal cəmiyyət” qarşısında deyil, öz xalqları qarşısında məsuliyyət daşıyırlar. Buna baxmayaraq, dünyadakı xasoa və tənqidlərə rəğmən, BMT tribunası beynəlxalq əməkdaşlıq çərçşivəsində sağlam mühafizəkarlıq üçün əsas zəmindir”.

Vladimir Putin sağlam mühafizəkarlıq ideyasını rus fikir adamı Nikolay Berdyayevdən mənimsəyib. Rus filosofu Nikolay Berdyayev keçmiş SSRİ-ni 1922-ci ildə tərk edib. O rus müfafizəkarlıq ideyasının əsas daşıyıcısı sayılır. Berdyayevə görə yuxarıya qalxmaq və ya irəliləmək üçün əngəl olmayan mühafizəkarlığın əsas məqsədi aşağıya yuvarlanmağın qarşısını almaqdır.

Beləliklə, Vladimir Putin fikirlərinin və baxışlarının Berdyayevin sağlam mühafizəkarlıq konsepsiyasına əsaslandığını və özünün bu prinsipə sadiq qaldığını bildirib. Sadəcə, Putinin məlum çıxışından bu suallar yaranır:

– Krımın ilhaqı və Donbasda separatçılığa dəstək sağlam mühafizəkarlıq konsepsiyasına nə dərəcədə cavab verir?
– Kreml sahibinin məntiqinə görə, “müharibədə qaliblər sülh quruculuğunu təmin edə bilmir, əksinə xaos dərinləşir”. Bu o deməkdirmi ki, Putin Azərbaycanı İkinci Qarabağ savaşının qalibi hesab etmir və düşünür ki, məsələ həll olunmayıb?

– Putinin təbirincə desək, “kapitalizm tükənibsə” alternativ nədir?(“Atlas” Araşdırmalar Mərkəzi)

pia.az

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb

Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, ölənlər və yaralananlar var - Video

Bakıda vəzifəli qadını evə salıb təcavüz etdilər

Kəmaləddin Heydərov icra başçısının oğluna yüksək vəzifə verdi 

Rusiya Qarabağ münaqişəsini həll etməyəcək - Pol Qoblun Soçi görüşü haqqında şərhi

General Vəli Ələsgərov həbsxanada ölübmü... - İki gündür xəbər yayılıb, amma rəsmi instansiyalar şərh etmir

Səttar Möhbalıyevə sual: O, Həmkarlar İttifaqının sədridir, yoxsa işçilərin haqqlarını “yeyən” məmur? - Video

Müharibə əleyhdarları Ermənistandan qaçır - Paşinyan terror təhdidi ilə üz-üzə

DSX: "Helikopter qəzası nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb"

Formula 1 pilotları "Qızıl top" mükafatının təqdimetmə mərasimində iştirak edirlər - Yenilənib

Ən çox oxunanalar