Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş poçt markası buraxılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt” MMC dahi şair və mütəfəkkirimiz Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş poçt markası buraxıb.

Bu barədə PİA.az-a Nazirlikdən məlumat verilib.

Məlumata görə, buraxılış 1 markadan ibarət blok şəklində hazırlanıb. Blokun eskizi mövzuya uyğun olaraq tərtib edilib. Markanın üzərində Nizami Gəncəvinin portreti, blokun kənarlarında isə “Xəmsə”yə daxil olan poetik incilər miniatür şəklində təsvir olunub.

Müəllifi rəssam Orxan Qarayev olan poçt markası 5 min tirajla nəşr edilib. Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq çap olunub.

Bu ilin əvvəlində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunub. Bununla əlaqədar Nazirlər Kabineti “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”nı təsdiq edib. Sözügedən Tədbirlər Planında bu mövzuda poçt markasının hazırlanması da əksini tapıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar