Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Düşmənin 5 tankını ələ keçirən şəhid qəhrəman yad edilib - Video,Foto

Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Azad Arif oğlu Hümbətovun İkinci Şəhidlər xiyabanında anım mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə Nizami və Nərimanov rayon icra hakimiyyətlərinin nümayəndələri, Müdafiə Nazirliyinin əməkdaşları, millət vəkilləri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.

Şəhidin atası Arif Hümbətov deyib ki, şəhid oğlunun vətənpərvərliyi, cəsurluğu simasından oxunurdu: “Azad tank tağımı komandiri idi. O, həyatını təhlükəyə ataraq düşmənin 5 tankını öz mövqelərimizə gətirməyə nail olub. Dəfələrlə döyüş yoldaşlarını düşmən mühasirəsindən yaralı halda çıxarıb. Ancaq özü şəhid oldu. İndi ondan mənə qalan bir gülüşü oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

Qeyd edək ki, Şəhid Azad Hümbətov 1996-cı il yanvarın 24-də Bakı şəhərində dünyaya gəlib. Müharibənin başladığı ilk günlərdən A.Hümbətov ön cəbhədə gedən döyüşlərdə iştirak edib. Füzuli, Qubadlı, Laçının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Döyüş zamanı A.Hümbətovun komandanlıq etdiyi tank minaya düşüb, ayağından yaralanıb. Lakin buna baxmayaraq, tankı idarə edən mexanikin daha ağır xəsarət aldığını görərək özündə güc toplayıb və yaralı döyüş yoldaşını 25 km belində daşıyaraq meşə ərazisinə gətirib.

İki gün yaralı halda döyüş yoldaşını daşıyaraq öz postlarına gətirib çıxara bilib. Bundan sonra Azadın vəziyyəti ağırlaşdığından müalicə olunması üçün Beyləqana göndəriblər. Lakin A.Hümbətov müalicəsini yarımçıq qoyaraq yenidən döyüş meydanına qayıdıb. Ailəsi isə onun yaralı vəziyyətdə olmasından, müalicəsini yarımçıq qoyub yenidən döyüş meydanına qayıtmasından yalnız şəhid olandan sonra xəbər tutub.

A.Hümbətov 27 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə həlak olub və İkinci Fəxri xiyabanda torpağa tapşırılıb. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Hümbətov Azad Arif oğlu ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, eləcə də “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb

Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, ölənlər və yaralananlar var - Video

Bakıda vəzifəli qadını evə salıb təcavüz etdilər

Kəmaləddin Heydərov icra başçısının oğluna yüksək vəzifə verdi 

Rusiya Qarabağ münaqişəsini həll etməyəcək - Pol Qoblun Soçi görüşü haqqında şərhi

General Vəli Ələsgərov həbsxanada ölübmü... - İki gündür xəbər yayılıb, amma rəsmi instansiyalar şərh etmir

Səttar Möhbalıyevə sual: O, Həmkarlar İttifaqının sədridir, yoxsa işçilərin haqqlarını “yeyən” məmur? - Video

Müharibə əleyhdarları Ermənistandan qaçır - Paşinyan terror təhdidi ilə üz-üzə

DSX: "Helikopter qəzası nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb"

Formula 1 pilotları "Qızıl top" mükafatının təqdimetmə mərasimində iştirak edirlər - Yenilənib

Ən çox oxunanalar