Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Sabah" klubunun yeni baş məşqçisi bəlli olub

"Sabah" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

"Report"un "Championat" nəşrinə istinadən məlumatına, paytaxt klubu Murad Musayevlə anlaşıb. Rusiyalı mütəxəssis komandanın sükanı arxasına keçməyə razılıq verib. Tərəflərin yaxın müddətdə rəsmi müqaviləyə imza atacaqları bildirilib.

38 yaşlı mütəxəssis bu vəzifədə oktyabrın 21-də istefaya göndərilmiş Ramin Quliyevi əvəzləyəcək.

Qeyd edək ki, Murad Musayev 2005-ci ildə Rusiya "Krasnodar"ının akademiyasında işə başlayıb. O, əsas komandada 2018-ci ildən çalışmasına rəğmən, Pro lisenziyası olmadığından, baş məşqçi postuna rəsmən 2020-ci ilin iyununda təyinat alıb. Komanda 2018/2019 mövsümündə Musayevin rəhbərliyi altında tarixində ikinci dəfə Rusiya Premyer Liqasında bürünc medal qazanıb. Krasnodar təmsilçisi növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib və Avropa Liqasında 1/8 finaladək irəliləyib. 38 yaşlı mütəxəssis aprelin 3-də "Axmat"a 0:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb

Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, ölənlər və yaralananlar var - Video

Bakıda vəzifəli qadını evə salıb təcavüz etdilər

Kəmaləddin Heydərov icra başçısının oğluna yüksək vəzifə verdi 

Rusiya Qarabağ münaqişəsini həll etməyəcək - Pol Qoblun Soçi görüşü haqqında şərhi

General Vəli Ələsgərov həbsxanada ölübmü... - İki gündür xəbər yayılıb, amma rəsmi instansiyalar şərh etmir

Səttar Möhbalıyevə sual: O, Həmkarlar İttifaqının sədridir, yoxsa işçilərin haqqlarını “yeyən” məmur? - Video

Müharibə əleyhdarları Ermənistandan qaçır - Paşinyan terror təhdidi ilə üz-üzə

DSX: "Helikopter qəzası nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb"

Formula 1 pilotları "Qızıl top" mükafatının təqdimetmə mərasimində iştirak edirlər - Yenilənib

Ən çox oxunanalar