Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Pentaqon: İŞİD ABŞ-a zərbə endirəcək

Əfqanıstandakı İŞİD təşkilatı cəmi 6 ay ərzində ABŞ-a zərbə endirə bilər.

Bu barədə ABŞ müdafiə nazirinin siyasət üzrə müavini Kolin Kal kəşfiyyatın məlumatlarına istinadən Konqresə bildirib.

Onun sözlərinə görə, Əfqanıstandakı İŞİD təşkilatı artıq 2022-ci ildə zərbə endirmək niyyətindədir. Kəşfiyyat məlumatlarına görə, bu, altı aydan 12 aya qədər olan müddətdə baş verə bilər.

“Hazırda kəşfiyyatçılar hesab edir ki, İŞİD və “Əl-Qaidə” təşkilatları xarici əməliyyatlar, o cümlədən ABŞ-a qarşı əməliyyatlar keçirmək niyyətindədir. Lakin onların heç birinin hazırda bunu etmək imkanı yoxdur. Təxminən altı və ya 12 ayda İŞİD-in belə bir fürsətinin olacağını görürük”, - deyə Kal qeyd edib.

Rəsmi bildirib ki, ABŞ geri çəkildikdən sonra “Taliban”ın İŞİD-ə qarşı effektiv mübarizə apara bilib-bilməyəcəyi hələ bəlli deyil.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) bir ay ərzində Əfqanıstanda səfirlik açmağı planlaşdırır. Əfqanıstandakı səfirlik ölkədə insan haqlarının müdafiəsi üçün Aİ-yə lobbi fəaliyyətinə kömək etməli və “Taliban”ı öz öhdəliklərini yerinə yetirməyə məcbur etməlidir.(The Guardian)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb

Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, ölənlər və yaralananlar var - Video

Bakıda vəzifəli qadını evə salıb təcavüz etdilər

Kəmaləddin Heydərov icra başçısının oğluna yüksək vəzifə verdi 

Rusiya Qarabağ münaqişəsini həll etməyəcək - Pol Qoblun Soçi görüşü haqqında şərhi

General Vəli Ələsgərov həbsxanada ölübmü... - İki gündür xəbər yayılıb, amma rəsmi instansiyalar şərh etmir

Səttar Möhbalıyevə sual: O, Həmkarlar İttifaqının sədridir, yoxsa işçilərin haqqlarını “yeyən” məmur? - Video

Müharibə əleyhdarları Ermənistandan qaçır - Paşinyan terror təhdidi ilə üz-üzə

DSX: "Helikopter qəzası nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb"

Formula 1 pilotları "Qızıl top" mükafatının təqdimetmə mərasimində iştirak edirlər - Yenilənib

Ən çox oxunanalar