Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lerikdə şəhid zabit Cəlil Cavadovun anım günü qeyd olunub

Lerikdə Vətən Müharibəsi şəhidi, Azərbaycan Ordusunun zabiti, kapitan Cəlil Cavadovun anım günü qeyd olunub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə şəhidin il mərasimi məzarının ziyarət edilməsi və Cəngəmiran kəndində Şəhidlərin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı ilə təşkil edilib.

Xatirə kompleksində 48 şəhidin mərmər lövhə üzərində şəkilləri əks olunub. Anım mərasimində şəhidlərin ailə üzvləri, qazilər, rayon rəhbərliyi, hərbçilər iştirak edib. İlk öncə şəhidlərin ruhuna dualar oxunub. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, Silahlı Qüvvələrin polkovniki Abdulla Qurbani mərasimdə çıxış edib.

Qeyd edək ki, Cəlil Ağaddin oğlu Cavadov 1989-cu il martın 29-da Lerik rayonunun Xəlifəkücə kəndində anadan olub. 2003-cü ildə orta məktəbin 8-ci sinfini bitirərək C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. 2006-cı ildə liseyi bitirərək H.Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub və 2010-cu ildə motoatıcı ixtisasını bitirib. Peşəkar zabit olaraq xidmətini qüsursuz yerinə yetirib. C.Cavadov ikinci Qarabağ müharibəsində, 2020-ci il 27 sentyabrdan etibarən tabor komandiri müavini vəzifəsində Füzuli, Qubadlı, Cəbrayıl, Hadrut istiqamətlərində yüksək igidlik və rəşadətlə döyüşüb.

C.Cavadov Xocavənd istiqamətində gedən ağır döyüşdə mühasirəyə düşsə də, süşmənə sarsıdıcı zərbələr endirərək, xeyli sayda canlı qüvvəsini məhv edib. O, oktyabrın 27-də gedən ağır döyüşlərdə şəhid olub.

C.Cavadov Ali Baş Komandan İlham Əliyev tərəfindən “İgidliyə görə”,”Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar