Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MOSSAD əməliyyatında gözdən qaçanlar

MOSSAD-ın bütün dünyada filmə bənzər əməliyyatlar həyata keçirməsi fikri doğru deyil...

Mehmet Yuva
“Aydınlık” qəzeti, Türkiyə, 27 oktyabr 2021-ci il

Hökumətə yaxın media qurumları Milli Kəşfiyyat Təşkilatının (MİT) əməliyyatlarını ictimaiyyətlə bölüşür. MİT 15 MOSSAD casusunu bir il izlədikdən sonra 7 oktyabr 2021-ci ildə gizli əməliyyatla ələ keçirib. Onun Türkiyə vətəndaşı olan şəxslər və ya Türkiyədə yaşayan parlaq əcnəbi tələbələr haqqında bioqrafik məlumat toplayaraq casusluq etdiyi müəyyən edilib. MOSSAD agentlərinin fələstinlilərin Türkiyədəki universitetlərə daxil olmaq üçün hansı yolları izlədikləri, Türkiyə hökuməti və bələdiyyələrinin fələstinlilərə hansı imkanları təqdim etdiyi ilə bağlı kəşfiyyat araşdırması apardığı müəyyən edilib.

5 kəşfiyyat qrupundan ibarət olan MOSSAD şəbəkəsi bu məlumatları etiketləmə faylları olan bioqrafik kəşfiyyat hesabatlarına çevirib və sonra gizli şəkildə internet əsaslı kripto proqramları ilə xaricdəki MOSSAD rəsmilərinə göndərib. Şəbəkə Türkiyədə fəaliyyət göstərən müxtəlif dərnək və təşkilatlar haqqında da araşdırmalar aparıb və əldə etdiyi məlumatları İsrail məxfi xidmətinin rəsmilərinə verib. Pulla işə götürülən casusluq şəbəkəsi on minlərlə dollar və avroya çatan məlumatları MOSSAD-la paylaşıb.

MİT İsrail məxfi xidmətində çalışan agentlərin xaricdə MOSSAD rəsmiləri ilə üzbəüz görüşlər keçirdiklərini də müəyyən edib. Ünsiyyətdə şifrəli proqramlardan istifadə olunub və xaricə çıxarkən viza probleminin qarşısını almaq üçün MOSSAD işə başlayıb.

İsrail Türkiyəni günahlandırır

Bu xəbərlərlə bağlı Türkiyə mətbuatında İsrail parlamentinin Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsinin sədri Ram Ben-Barak açıqlama verib. Barak açıqlamasında Türkiyə mətbuatında gedən xəbərlərdə yer alan şəxslərin heç birinin MOSSAD ilə əlaqəsinin olmadığını bildirib. Əvvəllər MOSSAD-ın direktor müavini olan Barak Türkiyə hökumətini “yalan məlumat yayırlar, çünki onlar kəşfiyyat nailiyyətlərini nümayiş etdirməkdə maraqlıdırlar” deyərək ittiham edib. Barak: “Yayımlanan simaların heç biri İsrailə işləməyib”, deyə bir açıqlama verib.

MİT-in uğurları açıqdır

Biz başa düşürük ki, bu insanların ortaq dili ərəb dilidir. Şəxsi məlumatları dəqiq olmadığı üçün ələ keçirilən casusların mənşəyi, dinləri, ailələri, ideoloji meyilləri, sosial və ailə həyatı haqqında daha obyektiv qiymət verə bilmərik. Çünki, “ərəb mənşəli” və “fələstinli” ifadələrini əhatəli və ümumi olduğu üçün diqqətlə işlətməliyik. Bu mənzərəyə əsasən, MİT-in uğurla, səbrlə və peşəkarcasına işlədiyi və casusluq kamerasına ciddi zərbə vurduğu açıq-aydın görünür. Düzünü desək, MOSSAD Türkiyədə ərəb-Fələstin xalqlarından ibarət mühüm bir casusluq şəbəkəsi də qurub.

Mənbələri gizlədilə bilər

MOSSAD-ın ərəb-Fələstin mənşəli casusları işə götürməsi qəribə görünə bilər. Ərəb dünyası 22 dövlətdən ibarətdir. 400 milyonluq əhalisi olan nəhəng bir coğrafiyadır. Bir ucu Şimali Afrikanın Mavritaniyasına, digəri isə İraqa, Komor adalarına, Yəmənə, bütün Ərəbistan yarımadasına və Sudana qədər uzanır. Siz ümumi rəsmi dili ərəb olan bütün dinlərdən, rənglərdən, qəbilələrdən və əcdadlardan olan insanları tapa bilərsiniz. Onların hamısı ərəbcə danışır və çoxu özlərini ərəb adlandırırlar. Ərəb olmaqdan həzz ala bilməyənlər, əməlləri cinayətə çevrildikdə, xüsusən də ərəb dili sayəsində mənşəyini kamuflyaj edərək qürurla ərəb ola bilirlər.

Siyasi-ictimai quruluşa malik belə mürəkkəb və problemli regionda casusların işə götürülməsi çox da mürəkkəb olmamalıdır. Amma, xüsusilə də bir fələstinlinin MOSSAD-a casusluq etməsi araşdırılmalı olan bir hadisə olmalıdır. Vətəndaşsızlıq, pul çatışmazlığı, ümidsizlik, İsraildə ailə üzvlərini qorumaq instinkti, qadınlara qarşı zəiflik, böyük iş və vəzifə imkanlarına hərislik, Avropa və ya Amerikada oxumaq, yaşamaq və işləmək imkanı, öz cinsindən olanlara ideoloji nifrət, məzhəb nifrəti və bir çox başqa səbəblər fələstinliləri şəbəkəyə gətirib.

Robert Kennedini öldürən fələstinli

Bu əməliyyatın MOSSAD üçün ən mühüm hal kimi qəbul edilməsinin bir səbəbi var. Bu, prezident Con Kennedinin öldürülməsindən sonra siyasi səhnəyə çıxan qardaşı Robert Kennedini öldürən fələstinlinin hekayəsidir. Fələstinli Məsih (xristian) Sirhan Bişara Sirhan Kaliforniyada Robert Kennedinin qətlinə görə ömürlük həbs cəzasına məhkum edilib. Sirhanın 77 yaşı var və hələ də həbsdədir. Yəhudilərə və İsrailə nifrət edən 19 yaşlı fələstinli Sirhanın ərəb-fələstinli tərəfdar olan Kennedinin qatili olduğu proses o qədər dəyərlidir ki, sənədli filmə də mövzu olub.

MOSSAD-ın mükəmməl əməliyyatlar etdiyi düşüncəsi

21 iyun 2018-ci il tarixində yazdığım məqalədən sitat gətirək: MOSSAD-ın bütün dünyada filmə bənzər əməliyyatlar həyata keçirməsi fikri də doğru deyil. İsrail ordusunda və kəşfiyyatında Hizbullah-a işləyən zabitlərin iddiası üzə çıxıb. İsrailin daxili məxfi xidməti “Şin Bet” və İsrail polisi İsrailin keçmiş Energetika və İnfrastruktur naziri Qonen Seqeve İrana casusluq etdiyi üçün yazılı açıqlama ilə istintaq başladıb. Lakin onu da qeyd etmək lazımdır ki, İsrail əsas məsələnin kəmiyyət deyil, keyfiyyət olduğunu ortaya qoymuşdu. Quranda insan övladına bəxş edilmiş ən önəmli xəzinə ağıl kimi qəbul edilir. Lakin, təəssüf ki, İsrail bu ağıldan düzgün istifadə etsə də, ərəb və müsəlman aləmi ağlını itirib.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: MOSSAD

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar