Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN: Polis bölməsində qazilərə fiziki güc tədbiq olunmayıb

“Vətən Müharibəsi iştirakçısı olan bir qrup şəxs Ziya Bünyadov prospektinin kənarında yerləşən “Azərenerji” ASC-yə məxsus yüksək gərginlikli hava xəttinin mühafizə zonasında yerləşən əraziyə daxil olaraq orada qanunsuz tikinti işləri aparmağa cəhd ediblər. Polis əməkdaşları tərəfindən onların bu hərəkətinin qarşısı alınıb və profilaktik söhbət aparılaraq ərazidən uzaqlaşdırılıblar”.

Bunu APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

E. Zahidov bildirib ki, həmin şəxslər bu xəbərdarlığa etiraz əlaməti olaraq nəqliyyatın sıx hərəkətdə olduğu Ziya Bünyadov prospektini bağlamağa da cəhd göstəriblər. Onların bu cəhdinin də qarşısı polis əməkdaşları tərəfindən alınıb. Onun sözlərinə görə, qeyd olunanlarla əlaqədar bu gün həmin şəxslərlə profilaktiki söhbət aparılması və araşdırılma məqsədilə Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinə dəvət olunublar: "Onlar Polis Bölməsində qazi adına yaraşmayan, Vətən Müharibəsi iştirakçısı kimi müqəddəs ada xələl gətirən hərəkətlər edərək əsassız səs-küy yaratmış, yüksəkdən danışaraq ətrafdakı insanların diqqətlərini özlərinə çəkməyə çalışmışlar. Onlar guya Polis Bölməsində döyüldüklərini, fiziki təzyiqlərə məruz qaldıqlarını bildirməklə qazi adına xələl gətiriblər. Halbuki onlara Polis Bölməsində nəinki fiziki güc, hətta yüksək səs tonu ilə də danışılmayıb. Qazilərimiz xalqımızın dəyərli övladlarıdır. Onları qorumaq, qayğılarına qalmaq hər birimizin borcudur. Bununla belə hər bir kəs, o cümlədən, hamımızın fəxri olan qazilər bilməlidirlər ki, üzləşdikləri hər hansısa bir problemlə əlaqədar yol bağlamaq, nəqliyyatın hərəkətinə mane olmaq və bununla da vətəndaşlarımızın rahatlığını pozmaq yolverilməzdir. Problemin həllinin yeganə yolu yalnız aidiyyəti dövlət qurumlarına müraciət etməkdir.

Bir daha torpaqlarımızı işğaldan azad edərək düşmən üzərində böyük qələbə qazanmış qəhrəman övladlarımızı müqəddəs qazi adını hər zaman uca tutmağa, üzləşdikləri hər hansı problemlə əlaqədar təmkinli olmağa çağırırıq və inanırıq ki, onların hər bir hərəkəti, davranışı vətəndaşlarımız üçün nümunə olacaq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar