Həmyerlimiz Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” kollektivi ölkə kuboku uğrunda 1/16 final matçında qələbə qazanıb.
Səfərdə “Svit Skolvin”i minimal hesabla üstələyən “Legiya” növbəti mərhələyə yüksəlib. Oyunun 35-ci dəqiqəsində vurulmuş yeqənə qolun müəllifi yarımmüdafiəçi Lindsi Rouz olub.
Qeyd edək ki, Varşava klubunun rəqibi bir qədər sonra müəyyənləşəcək.
pia.az