Cümə axşamı, 20 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Türkiyə Asiyanın içərilərnə doğru irəliləyir - Amma orada ABŞ görünmür...

ABŞ Türk Dövlətləri Təşkilatına soxulmaq istəyəcək. Bunun da yolu Türkiyəni yenidən xidmətçi dövlətə çevirməkdir...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 22 noyabr 2021-ci il

İstanbulda türk dövlətlərinin liderlərinin zirvə toplantısında Türk Dövlətləri Təşkilatı yaradılıb və bir çox dairələr bunu açıq bir proses kimi qiymətləndirib. Ancaq təcrübə ilə görəcəyik ki, bu, yaxın gələcəkdə təkcə Türkiyənin deyil, onlarla dövlətin, millətin taleyini formalaşdıracaq hadisələrin əsasını təşkil edəcək çox fundamental tarixi transformasiyadır.

Bu, son onilliklərdə yaşanan dinamikanın Atlantik okeanında dünyanın çəki mərkəzinin sarsıtdığını göstərir. Təxminən Sakit okeanın yeni mərkəz olduğunu demək kifayət deyil. Məsələ təkcə yeni mərkəzin yerini göstərməklə məhdudlaşmır. Mərkəzdən ətrafa doğru yeni hərəkətlərin nə olduğuna və burada hansı dövriyyə kanallarının formalaşmasına diqqət yetirmək lazımdır. Bu, mənə Sakit okean hövzəsini xatırladır və bunun ən böyük genişlənmələrindən biri kontinental baxımdan təcəssüm olunur. Burada, Atlantik mərkəzli müasir dünyada qədim sivilizasiyaları sönmüş iki qitənin, yəni Asiya və Afrikanın dirçəlişini izləyə bilərik. Elə buna görədir ki, “bizim orda nə işimiz var?” deyən “ağıllar” sanki çılğınmış kimi narahat olur. Bu tam fikir və strateji zehniyyət zəifliyidir.

Əslində, müxalifət nədənsə Asiyanın dərinliklərinə qədər uzanan Türk Dövlətləri Təşkilatının yaranması xəbərinə reaksiya vermədi. Onlar boş iddilarının dalınca gedirlər və daha da pisi odur ki, pərdə altında həyata keçirilən neo-osmanlıçılıq ittihamlarına neo-turançılıq ittihamları da əlavə olundu. Ancaq bu çox önəmli xəbəri siyasətdən kənar bir məsələ kimi görüb, müxtəlif zəminlərdə müzakirə edib, Türkiyənin xeyrinə töhfə vermək onların öz mənafeləri baxımından daha doğru olmazdımı? Görünür ki, olmur.

Mövzumuza qayıtsaq, ABŞ-ın Əfqanıstandan çıxarılması, Qırğızıstan və Tacikistan kimi dövlətlərin Vaşinqtonun baza yaratmaq tələblərinin rədd etməsi ABŞ-ın Asiyada onsuz da zəif olan mövcudluğunu daha zəiflətdiyini göstərir. ABŞ əvvəldən Asiyaya giriş dəhlizində müttəfiqi olan Türkiyəni itirib. Biz artıq ideoloji cəhətdən düşmənçilik etdiyi, kənarlaşdırdığı və son nəticədə Çinə uduzduğu İrana onsuz da qalib gəlirik.

Vaşinqtonun keçmişlərdə daha çox istifadə etdiyi və hər dəfə aldatdığı Pakistan da oyanıb. ABŞ-dan üz döndərən qardaş Pakistan öz gələcəyini Çinlə münasibətləri üzərində qurub. Yəni ABŞ Əfqanıstanda hər şeyi qarışdırdı və indi də məcburən geri çəkildi. Yaranmış geosiyasi vəziyyətin bir üzü daha var. Artıq ABŞ Türk Dövlətlərinə istədiyi kimi nüfuz edə bilməyəcək. Hələlik isə Vaşinqton əsasən Hindistanda oynayır.

Bir çox dairələr etnik mənşəyi Hindistandan olan Kamala Harrisin işə qarışacağını və ABŞ-Hindistan müttəfiqliyini təmin edəcəyini düşünür. Əgər bu reallaşarsa, ABŞ “Ədviyyat yolu” üzərində nəzarəti ələ keçirə bilər. Bununla belə, Dehlinin əvvəldən bəri davam etdirdiyi və xarici siyasətində çox güclü ənənəyə malik olan qoşulmama siyasəti üzərində hansı seçimləri edəcəyi hələlik qeyri-müəyyən görünür. Hindistanın Rusiya ilə inkişaf etdirdiyi sıx əlaqələri də nəzərə aldıqda, ABŞ heç Asiyada görünmür.

Asiyada hökm sürən hadisələr isə tamam başqa müstəvidə inkişaf edir. Əslində, dərin Rusiya-Çin rəqabəti formalaşır. Hələlik, təbii ki, münaqişə yoxdur. Amma gələcək üçün bunun zəminləri formalaşır. Buradan başa düşmək olar ki, Asiyanın üçüncü ən böyük aktyoru olan Hindistanı əldə etmək ABŞ üçün heç də asan olmayacaq.

Mənim düşüncəm odur ki, zaman keçdikcə Hindistan Rusiya ilə daha yaxın siyasət yürüdəcək. Şanxay Təşkilatına eyni vaxtda Hindistan, Rusiya və Çin daxildir. Pakistan da bu sıraya aiddir. Bu təşkilat zamanla Asiya Birləşmiş Millətlər Təşkilatı kimi fəaliyyət göstərəcək. Daha konkret desək, rəqiblər olaraq Çin və Rusiyanın ayrı-ayrılıqda öz ağırlığını hiss etdirdiyi iki fərqli formasiya ortaya çıxıb.

Bunlardan birincisi, Çinin “Bir Kəmər-Bir Yol” istiqamətində inkişaf etdirdiyi əlaqələr şəbəkəsidir. Rusiya tərəfindən yaradılan Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir. Əslində bu, Şərqi Asiya-Avrasiya gərginliyinə işarə edir. Rusiya Çinin hökmranlığına qarşı təkbaşına müqavimət yaratmağa çalışır ki, bu da zamanla onun özünü udacaq. Bir “Bir Kəmər-Bir Yol” tək qalacaq, yoxsa “Çox Kəmər Çox Yol” tərzində daha zəngin bir xarakter qazanacaq? Bunu zaman göstərəcək.

Məhz bu mərhələdə yaranan Türk Dövlətləri Təşkilatı Şərqi Asiya-Avrasiya xəttinə Mərkəzi Asiya ölçüsünü də əlavə edib. Bu inkişaf Rusiyanı və xüsusilə Çini təəccübləndirməlidir. İndi bütün məsələ Şanxay Təşkilatı, Tək Yol və Türk Dövlətləri Təşkilatına eyni vaxtda daxil olan dövlətlərin son təhlildə necə seçim edəcəyi ilə bağlı görünür.

Kəsişən çoxluqlar bir-birindən ayrılan çoxluqlara çevriləcəkmi? Yoxsa bu kəsişmələrin təmin etdiyi əlaqələr vasitəsilə hamının qazanacağı Asiya Sülhünü qurmaq mümkün olacaqmı? Bunu zaman göstərəcək. Dünya yenidən qurulur və orada Türkiyə öz yerini tutur. Əminəm ki, ABŞ Türk Dövlətləri Təşkilatına soxulmaq istəyəcək. Bunun yolu Türkiyəni yenidən xidmətçi dövlətə çevirməkdir. Ona görə də bu günlərdə Türkiyənin üzərində qara buludların daha da qaralmasına təəccüblənmirəm.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

AMEA-nın Tarix İnstitutunun Baş direktoru istefa verəcək

Kərəm Həsənovun bacısı onu aldadıb 2 milyon alan “falçı” ilə razılığa gəlir

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib - Yenilənib

MTN-lə Gömrük arasında "pirotexniki savaş" – Generalın məhkəməsində sensasion ifadələr

Mehriban Əliyeva 20 Yanvar Günü ilə bağlı paylaşım edib

Özbəkistanda “Lochin” PUA-larının istehsalına başlanılıb - Video

Zakir Həsənov Vətən Müharibəsi Qəhrəmanını müavin təyin etdi - Foto

Ən çox oxunanalar