Şənbə, 22 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Markov: “Paşinyan Rusiyadan istifadə etmək, amma Qərb tərəfə hərəkət etmək istəyir”

"Nikol Paşinyan qərbmeyilli siyasətçidir. O istərdi ki, Ermənistan Rusiyadan istifadə etsin, amma Qərb tərəfə hərəkət etsin".

Bunu “Report”a açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.

Ekspert qeyd edib ki, Ermənistanın Baş naziri Rusiyadan kömək umur, belə ki, rəsmi Moskvanın İrəvana kifayət qədər yardım etmədiyini düşünür: “Bu, Ermənistanda Rusiya əleyhinə nümayişlərin keçirilməsinə səbəb olur. Paşinyan isə digər təşkilatlara üz tutacağı, kömək üçün Fransa, ATƏT, NATO, ABŞ və digərlərinə müraciət edəcəyi ilə şantaj edir”.

Politoloq vurğulayıb ki, Avropa İttifaqı və Fransa Qarabağ məsələsində təşəbbüsü Rusiyanın əlindən almağa çalışır: “Paşinyan bundan Rusiyaya qarşı şantaj aləti kimi istifadə etməyə çalışır, bu səbəbdən dekabrın 15-i Prezident Əliyev ilə Brüsseldə görüşmək istəyir”.

S.Markovun sözlərinə görə, bu, Rusiyanın kəskin narazılığına səbəb olub, belə ki, Paşinyan noyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşmək istəmədi, amma Avropa İttifaqının vasitəçiliyi ilə görüşmək istədi: “O, vəziyyəti yumşaltmaq üçün Brüsseldən öncə AzərbaycanRusiya liderləri ilə Soçidə görüşür, lakin bu görüş onun üçün məcburi xarakter daşıyır. O, Rusiyanın qəzəbini soyutmağa çalışır”.

Rusiyalı ekspert bildirib ki, AzərbaycanErmənistan arasında sülh müqaviləsinin imzalanması üçün rəsmi İrəvanın diplomatik səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıması tələb olunur.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Kəmaləddin Heydərov müavinini vəzifəsindən kənarlaşdırdı

Naxçıvanın Respublika xəstəxanasında "torpaqbasdı rüsumu": Dünyanın ən unikal səhiyyə ocağı

AMEA-nın professoru: “Ramiz Mehdiyev getməlidir”

Tofiq Abbasov: “Rusiya və KTMT qoşunları Ukraynaya girə bilər” - Müsahibə

Məşhur reper Qədir Rüstəmovun ifasını paylaşdı - Video

Rusiya-Ukrayna toqquşmasında maraqlı olan ölkələr var... - Rusiya bu müharibəyə gedə bilərmi?

Vilayət Eyvazov generalın oğlunu işdən çıxardı - Foto

Bu gün Cenevrədə Blinken Lavrovla görüşəcək - Tərəflər müharibədən qaça biləcək?..

“Perkersin səfəri Rusiya kəşfiyyatı tərəfindən təşkil edilib” - Tofiq Zülfüqarov

Bayden jurnalistin bu sualına cavab verə bilmədi  - Video

Blinkenlə Lavrovun görüşü başa çatıb - Yenilənib

Ən çox oxunanalar