Cümə axşamı, 20 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

 İstiqlal Muzeyində “Şahinlər” adlı növbəti tədbir – sərgi keçirilib

Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədi ilə “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində “Şahinlər” adlı növbəti tədbir – sərgi keçirilib.

Muzeydən PİA.az-a verilən məlumata görə tədbirdə 44 günlük Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında şücaət nümayiş etdirən, döyüş başlayan andan etibarən düşmənin müdafiə istehkamlarını darmadağın edən Azərbaycan səmasının şahinləri-şəhid pilotların qəhrəmanlıqlarından bəhs olunub. Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davamçısı Müzəffər Ali baş komandan cənab Prezident İlham Əliyevin “Dəmir Yumruğunun” ətrafında Azərbaycan xalqı sıx birləşərək düşmənə qarşı böyük fəxarətlə vuruşdu.

Bildirilib ki, 30 ilə yaxın müddətdə düşmən işğalında olan torpaqların azad olunmasında canından keçən Vətən oğulları heç vaxt unudulmayacaq, onlar hər birimizin qəlbində əbədi yaşacaqlar.

Daha sonra tədbir iştirakçıları hərbi pilotlar- polkovnik leytenant, Vətən müharibəsi qəhrəmanı Qasimov Ramiz, mayor Qasımov Abbas, baş leytenant Gözəlov Xalidə həsr olunan sərgi ilə tanış olublar. Sərgidə şəhidlərimizin həyatının müxtəlif illərinə, xidməti fəaliyyətinə həsr olunan fotoşəkillər və şəxsi əşyaları nümayiş olunub.

Tədbirdə şəhid ailələri, Səbail rayonu Gənclər və İdman İdarəsinin rəis müavini və idarənin fəal gəncləri, DSX kursantları, “Asan könüllüləri” və digər qonaqlar iştirak edib.

Azərbaycan İstiqlal Muzeyində təşkil olunan sərgi dekabrın 2-sinə qədər davam edəcək.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

AMEA-nın Tarix İnstitutunun Baş direktoru istefa verəcək

Kərəm Həsənovun bacısı onu aldadıb 2 milyon alan “falçı” ilə razılığa gəlir

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib - Yenilənib

Türkiyədə son sutkada koronavirus daha 176 nəfərin ölümünə səbəb oldu

MTN-lə Gömrük arasında "pirotexniki savaş" – Generalın məhkəməsində sensasion ifadələr

Mehriban Əliyeva 20 Yanvar Günü ilə bağlı paylaşım edib

Özbəkistanda “Lochin” PUA-larının istehsalına başlanılıb - Video

Ən çox oxunanalar