Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər İstanbula 39 avroya uçacaqlar, biz isə cənab Əsgərovun bığlarını yağlayırıq... - Video

Paşinyanın dostu Sukiasyan dəlimi olub, yoxsa pulunu çöldənmi tapıb? 39 avroya, yəni AZAL-dan 4 dəfədən artıq ucuz qiymətə İstanbula və Moskvaya sərnişin daşıyan aviakompaniya mənfəətlə necə işləyəcək? Axı Cahangir Əsgərovun hesab-kitabına görə bu qətiyyən mümkün deyil...

Paşinyanın sadiq milyarder dostlarından biri olan Xaçatur Sukiasyan Flyone Armenia adlı yeni aviakompaniya yaradıb və bu aviakompaniya həftədə üç dəfə İstanbula reyslər edəcək. Yəni bildiyimiz ermənilər İstanbulu su yoluna çevirəcəklər. Amma əsas məsələ bu da deyil. Əsas məsələ odur ki, ermənilər İstanbula cəmi 39 avroya uçacaqlar. Bəli cəmi 39 avroya... Yəni demək olar ki, bizim Naxçıvana, ya da Gəncəyə uçduğumuz qiymətə.

Bu arada ermənilər Sukiasyanın təyyarələri ilə Moskvaya da 39 avroya uçacaqlar... 

Ümumiyyətlə isə Sukiasyanın digər istiqamətlərə olan uçuş qiymətlərinə baxdıqda adam sadəcə uşmaq istəyir...

Bizim Bakıdan İstanbula uçuşumuz isə ən kasıbyana halda 185 avroya başa gəlir və bu zaman AZAL, daha doğrusu son olaraq bığları ilə gündəmə gələn Cahangir Əsgərov ziyanla çalışır və bu ziyanı ödəmək üçün dövlət hər il cənab Əsgərova milyonlarla manat pul verir. 

Bu yerdə sual olunur, Paşinyanın dostu Sukiasyan dəlimi olub, yoxsa pulunu çöldənmi tapıb? 39 avroya, yəni AZAL-dan 4 dəfədən artıq ucuz qiymətə İstanbula və Moskvaya sərnişin daşıyan aviakompaniya mənfəətlə necə işləyəcək? Axı Cahangir Əsgərovun hesab-kitabına görə bu qətiyyən mümkün deyil.

Ya da mümkündür və biz30 ildir ki, həm vətəndaş, həm də dövlət olaraq sadəcə Cahangir Əsgərovun bığlarını yağlayırıq...

Və sonda daha bir sual: Azərbaycanda özəl aviakompaniyalar niyə yaranmır? Bunun qarşısını alan hansı səbəblər var?... (Replika TV)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar