Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN kollektivi və Diplomatiya könüllüləri qrupu Gəncəyə səfər ediblər

Prezident İlham Əliyev tərəfindən elan olunmuş "Nizami Gəncəvi İli" çərçivəsində, Xarici İşlər Nazirliyinin kollektivi və Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Diplomatiya könüllüləri qrupu Gəncə şəhərinə səfər ediblər.

Bu barədə PİA.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Səfər çərçivəsində, xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Nizami Məqbərəsini ziyarət edib, Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olub, Gəncə Dövlət Dram Teatrı tərəfindən təqdim olunmuş ədəbi-bədii kompozisiyanı izləyib və Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində təşkil olunmuş “I Gəncə Kitab Sərgisi” ilə tanış olub.

Həmçinin, nümayəndə heyətinin Heydər Əliyev Park-Kompleksinə və Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil edilib. Heydər Əliyev Mərkəzində dahi mütəfəkkir Nizami Gəncəviyə həsr edilmiş dəyirmi masa keçirilib.

Tədbirdə qonaqları salamlayan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, dahi Azərbaycan şairinin anadan olmasının 880-ci ildönümünün qeyd edildiyi və dövlət başçısı tərəfindən ölkəmizdə “Nizami ili” elan edilən cari ildə həyata keçirilən çoxsaylı tədbirlər barədə məlumat verib, Nizami Gəncəvinin irsinin bəşəriyyət üçün əhəmiyyətindən bəhs edib.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov, dahi Azərbaycan şairi və mütəfəkkirinin anadan olmasının 880 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı dövlət başçısının müvafiq sərəncamının Azərbaycanın zəngin ədəbi və mədəni irsinin öyrənilməsinə və beynəlxalq səviyyədə təbliğinə böyük töhfə olduğunu və bu xüsusda, sözügedən sərəncamın Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin milli-mədəni dəyərlərimizin qorunmasına göstərdiyi xüsusi diqqət və qayğının parlaq nümunəsi olduğunu bildirib.

Elnur Məmmədov, həmçinin Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar diplomatik nümayəndəliklərimiz tərəfindən həyata keçirilən çoxsaylı tədbirlər haqqında ətraflı məlumat verib.

Dəyirmi masa müzakirələrində, habelə millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Türkiyə Cümhuriyyəti Kırıkkale Univetsitetinin professoru Adnan Karaismailoğlu və Atatürk Univetsitetinin professoru Nimet Yıldırım çıxış etmiş, dahi mütəfəkkirin zəngin irsi barədə danışıblar.

Səfər çərçivəsində nümayəndə heyəti eyni zamanda, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış ərazini ziyarət edib, Gəncə terrorunun qurbanlarını ehtiramla yad edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar