Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tahir Kərimli: “Üzr istəmək sınmaq deməkdir?!”

Deputat: Təkliflərimdən sonra hiss etdim ki, xətirə dəymişəm. Ona görə də üzr istədim. Nə üçün bunu yaltaqlıq və ya sınmaq kimi qəbul edirsiniz?!..

Milli Məclisin plenar iclasında üzr istəməyimlə bağlı irad bildirənlər, hətta təhqir edənlər var. Məgər Siz üzr istəməmisiniz? Üzr istəmək sınmaq deməkdir? Hansı siyasi mövqeyimdən geri çəkilmişəm ki, məni təhqir edirsiniz? Üzr istəyəndən sonra hökumət qarşısında tələblərlə çıxış etmişəm, mətbuatda və sosial şəbəkələrdə də yayılıb. Nə üçün hesab edirsiniz ki, üzr istəməyim sınmağım deməkdir?!”.

Bunu Pravda.az-a Milli Məclisin deputatı Tahir Kərimli deyib.

T.Kərimli müzakirələrə səbəb olan təkliflərinə də toxunub:

“Bəli, Milli Məclisin büdcəsi müzakirə olunan zaman məsələ qaldırmışam ki, ehtiyacı olan insanlara mənzil verilsin. Məgər parlamentdə işləyən sadə insanlar – sürücülər, xadimələr, texniki işçilər sizdən deyil?! Onların mənzil almaq haqqı yoxdur? Özümə bəraət də qazandıra bilərdim, deyərdim, nəzərdə tutduğum vəsait respublika üzrə tikintiyə ayrılan vəsaitin mində biri edir. Deyərdim, nə əcəb tikintiyə vəsait ayrılanda, Qarabağ yada düşmür? Deyirlər, mənzil istəyir, Qarabağ qalıb...

Avtomobilin yenilənməsi məsələsinə gəldikdə də söhbət protokol qaydasında istifadə olunan avtomobildən gedir. Mən özümə avtomobil tələb etmişəm? Bəzi bloqerlər, müxalifət partiyalarının sədrləri uydururlar ki, mən deputatlar üçün 200-300 min manatlıq avtomobil tələb etmişəm.

Təkliflərimdən sonra hiss etdim ki, xətirə dəymişəm. Ona görə də üzr istədim. Nə üçün bunu yaltaqlıq və ya sınmaq kimi qəbul edirsiniz?! Mənə deyirlər, çıxışlarını niyə dayandırırsan? Çünki infomanyaklar haqqımda ilk dəfə deyil ki, pis məlumatlar yayırlar. Düzgün olmayanı yazırlar.

Biz-deputatlar hökumətlə xalq arasında vasitəçiyik. Bilirəm, dövlət rəsmilərinin və xalqın əksər hissəsi məni başa düşür. Amma məndən narazı qalan insanlar da var. Hesab edirlər ki, “uşaqpulu”, qaz, işıq, su pulunun artması məsələsini qaldırdıqda xalqla hökumətin münasibətlərini pisləşdirirəm.

Bəzilər də elə başa düşür ki, idarə olunuram, kimsə öyrədir. Yəni, necə olur ki, Tahir Kərimli qiymət məsələsindən danışdıqdan sonra Tarif Şurası qiymətləri artırdı. İslahatlar elə həyata keçirilməlidir ki, dövlətlə xalq arasında sevgi, qarşılıqlı hörmət olsun. Ömrümdə qarışqa belə, öldürməmişəm, kiməsə pislik etmək niyyətim ola bilərmi? Heç vaxt şəxsi münasibətlərdən çıxış etməmişəm, hətta mənə pislik edənləri də bağışlamışam.

Baş verənlərə görə məcbur oldum ki, çıxışlarımı dayandırım. İnfomanyakların yaydığı məlumatlar insanları çaşdırır”


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar