Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kosovoda tələbə avtobusu avtomatdan atəşə tutulub - Rus izi?..

Terror nəticəsində 3 nəfər ölüb, xeyli yaralı var...

Kosovoda məktəbliləri daşıyan avtobusun atəşə tutulması nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Bildirilir ki, hadisə Dekani yaxınlığındakı Qlodzane kəndində baş verib.

Polis hücumu təsdiqləyib.

Hadisənin millətlərarası və ya siyasi çalarların olub-olmadığı hələlik məlum deyil. Bununla belə, atışmanın baş verdiyi yer pravoslav serblərin kompakt yaşadığı bölgədir.
 
Balkanlarda onsuz da kövrək olan sülh getdikcə həm xarici, həm də daxili aktorlar tərəfindən etiraz edilir. Bu faciənin kifayət qədər ciddi nəticələri ola bilər.
 
Qeyd edək ki, Kosovo əhalisinin böyük əksəriyyəti (92%) albandır və İslam dininə mənsubdurlar. Kosova vaxtilə Serbiyanın tərkibində idi və 2008-ci ildə serblərin zülmünə məruz qalıb ondan ayrılır. Kosovanın müstəqilliyini tanıyan və ona dəstək verən Qərb ölkələrinin acığına elə həmin il Rusiya da Gürcüstanın Şimali Osetiya və Abxaziya bölgələrini işğal edir.
 
İlgincdir ki, təxribatın baş verdiyi gün Rusiya Avropa dövlətlərinə acıq verərcəsinə Serbiyaya qazı 1000 kubmetrini 270 dollara satmışdı. Bu məbləğ Belarusla yanaşı Avropaya satılan ən ucuz qaz qiymətidir. Sanki Rusiya bununla Şərqi Avropa ölkələrinin xalqlarına Moskvaya yaxınlığın "xeyrini" başa salmağa çalışırdı. Kosovada etnik-dini qarşıdurmanı körükləyəcək hadisənin məhz belə bir zamanda baş verməsi təsadüfi görünmür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar