Çərşənbə, 28 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan lirə ilə bağlı göstəriş verdi

Türkiyə Dövlət Müşahidə Şurası (DDK) valyuta məzənnəsindəki anormal artımda manipulyasiya olub-olmadığını, varsa, kim tərəfindən olduğunu araşdıracaq. Türkiyə mətbuatının yaydığı məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan göstəriş verib.

Bildirilir ki, idarəçilik işlərinin qanunvericiliyə uyğun, müntəzəm və səmərəli şəkildə aparılması və inkişaf etdirilməsi məqsədilə yaradılan audit qurumu başda dollar olmaqla, külli miqdarda xarici valyuta alan qurum və təşkilatları müəyyən edəcək.

DDK sədri Yunus Arıncı və komandası araşdırmanın nəticəsini hesabata çevirəcək və cinayət aşkar edilərsə, tədbir görülməsi üçün müvafiq qurumlara göndərəcək.

Xatırladaq ki, son vaxtlar Türkiyə lirəsi ABŞ dolları qarşısında kəskin ucuzlaşıb. Hazırda 1 ABŞ dolları 12,43 Türkiyə lirəsi təşkil edir.

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Həbs edilən keçmiş MTN naziri azadlığa çıxdı

Paşinyan Azərbaycana yeni xəritə təklif etdi - Video

8 milyonluq mənimsəmə - Müdafiə Nazirliyinin daha bir maliyyə xidməti rəisi həbs edildi

KİV: "Türkiyənin daxili işlər naziri istefa verib"

Azərbaycanda dəhşət: Ata və ana birləşib qızlarını “kislota”lı əski ilə yandırdılar

On dörd gündən sonra nəşi tapılan şəhid torpağa tapşırılıb - Fotolar

İranın 44 günlük müharibə zamanı Azərbaycan əleyhinə plan hazırladığı ortaya çıxdı

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət etdi - Yenilənib

Prezident və birinci xanım Füzuliyə səfər edib - Fotolar, Yenilənib

Ən çox oxunanalar