Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail koronavirusun “Omikron” ştammı əlaqədar sərhədlərini bağlayıb

İsrail hökuməti ölkədə koronavirusun “Omikron” ştammının yayılmasının qarşısını almaq üçün əksər ölkələrin vətəndaşları üçün sərhədlərini müvəqqəti bağlayıb, bir sıra məhdudiyyətlər tətbiq edib.

APA-nın “Jerusalem Post” qəzetinə istinadən verdiyi xəbərə görə, İsrail hökuməti bu barədə dünən axşam məlumat yayıb.

Məhdudiyyətlər bu gündən qüvvəyə minir.
Qeyd edək ki, hazırda İsraildə koronavirusun “Omikron” variantına bir nəfərin yoluxduğu təsdiqlənib, 7 nəfər isə testin nəticəsini gözləyir.
Yeni qaydalara əsasən, İsrailə gələn istənilən xarici ölkə vətəndaşı, o cümlədən peyvənd olunanlar 3 gün karantində qalacaq. Ölkəyə gələnlər aeroportda test verəcəklər. Əgər İsrailə səfərdən sonra üçüncü gün testin nəticəsi neqativ çıxarsa, həmin əcnəbilərə karantindən çıxmağa icazə veriləcək. Xaricdən gələn və peyvənd olunmayan İsrail vətəndaşları üçün karantin müddəti 7 gün olacaq. Əcnəbilər karantin müddətində xüsusi oteldə qalmalıdırlar.

Xatırladaq ki, İsrail hökuməti bundan əvvəl koronavirusun “Omikron” variantının yayıldığı bir sıra Afrika ölkələrindən ölkəyə səfərlərə məhdudiyyət qoymuşdu.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar