Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Azərbaycanın son 18 ildə əldə etdiyi nailiyyətlərdən danışıb

Bu ilin dekabrın 1-dən Gürcüstana səfər edən xarici ölkə vətəndaşları “yaşıl status”u sərhədi keçəndən sonra əldə edə biləcəklər.

“Report”un yerli bürosu xəbər verir ki, xaricdə koronavirusa qarşı hər iki doza ilə peyvənd olunan və ya test verən əcnəbilərə bu statusu təsdiqləyən QR-kod “CovidPass Georgia” tətbiqi vasitəsilə və yaxud covidpass.moh.gov.ge saytında qeydiyyatdan keçməklə veriləcək.

Hazırda test rejimində olan tətbiq və sayt dekabrın 1-dən fəaliyyət göstərməyə başlayacaq.

Qeydiyyatın təsdiqi xarici vətəndaşın Gürcüstanın mobil telefon nömrəsi və yaxud elektron poçtuna göndəriləcək.

“Yaşıl status” tam vaksin olunmuş və yaxud son 72 saat ərzində edilmiş PCR testin, ya da 24 saat ərzində verilmiş sürətli testin mənfi cavabı və ya COVID-19 keçirmiş şəxslər üçün nəzərdə tutulub. PCR test və yaxud sürətli testin əsasında “yaşıl status” alan şəxsin bu statusu testin qüvvədə olma müddəti başa çatandan sonra dayandırılacaq.

Dekabrın 1-dən etibarən Gürcüstanda mehmanxana və digər yerləşdirmə obyektləri, açıq və qapalı restoranlar, bar, kinoteatrlar, teatrlar, konsert zalları, opera teatrı, əyləncə mərkəzləri, kazino və oyun zalları, spa və fitnes zallarına, dağ kurortlarında kanat yollarından istifadəyə yalnız “yaşıl status”lu şəxslər buraxılacaqlar.

Qonşu ölkədə 18 yaşdan kiçik şəxslərdən “yaşıl status” tələb olunmayacaq.

Qeyd olunan qayda Avropa İttifaqının (Aİ) rəqəmsal COVID sertifikatları sisteminə inteqrasiya edilmiş ölkələrdə peyvəndlənən və test verən Gürcüstan vətəndaşları və əcnəbilərə şamil olunmayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar