Şənbə, 22 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Çin bu ölkənin hava limanını müsadirə etdi

Çin Uqandanın 200 milyon dollarlıq kredit borcunu ödəyə bilmədiyi üçün Entebbe Beynəlxalq Hava Limanını müsadirə edib.

"Unikal" xəbər verir ki, Uqanda 2015-ci ildə Çindən 207 milyon dollar kredit alsa da, bu borcu qaytara bilməyib.

Çinin "Eksim” bankı borcla bağlı yeni danışıqlardan imtina edərək, hava limanının müsadirə olunması ilə bağlı qərar qəbul edib.

Entebbe hava limanı Uqandanın dünyaya açılan yeganə qapısıdır.

Uqandanın dünyaya açılan yeganə qapısı olan hava limanının genişləndirilməsi layihəsinin həyata keçirilməsi qərara alınmışdı. Uçuş-enmə zolaqlarının yenilənməsi, aerovağzal binasının modernləşdirilməsi, yeni yük əməliyyatları mərkəzi və dayanacaq bu layihənin əsas elementləri kimi seçilmışdı.

2015-ci ildə Entebbe hava limanının tutumunun artırılması üçün tələb olunan maliyyə ilə bağlı Çinlə əlaqə saxlanmış və 200 milyon dollarlıq kreditin uzadılmasına qərar verilmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Kəmaləddin Heydərov müavinini vəzifəsindən kənarlaşdırdı

Naxçıvanın Respublika xəstəxanasında "torpaqbasdı rüsumu": Dünyanın ən unikal səhiyyə ocağı

AMEA-nın professoru: “Ramiz Mehdiyev getməlidir”

Tofiq Abbasov: “Rusiya və KTMT qoşunları Ukraynaya girə bilər” - Müsahibə

Məşhur reper Qədir Rüstəmovun ifasını paylaşdı - Video

Rusiya-Ukrayna toqquşmasında maraqlı olan ölkələr var... - Rusiya bu müharibəyə gedə bilərmi?

Vilayət Eyvazov generalın oğlunu işdən çıxardı - Foto

Bu gün Cenevrədə Blinken Lavrovla görüşəcək - Tərəflər müharibədən qaça biləcək?..

“Perkersin səfəri Rusiya kəşfiyyatı tərəfindən təşkil edilib” - Tofiq Zülfüqarov

Bayden jurnalistin bu sualına cavab verə bilmədi  - Video

"Çox qan töküləcək, milyonlarla qaçqın olacaq" - Müdafiə naziri

Ən çox oxunanalar