Cümə, 21 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Saakaşvilinin məhkəməsi keçirilib - Yenilənib

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin cinayət işi üzrə keçirilən məhkəmə iclası başa çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, M. Saakaşvilinin vəkili Beka Basilaia iclasdan sonra jurnalistlərə açıqlamasında bildirib ki, məhkəmə Prezidentin həbsxanada telefonla danışmaq hüququnu bərpa etməyib.

Sabiq Prezidentin digər vəkili Dmitri Sadzaqlişvili isə qeyd edib ki, müdafiə tərəfi məhkəməni bitərəf orqan kimi qəbul etmir və bu baxımdan təqdim edilən arqumentlərə görə müsbət nəticə əldə ediləcəyini gözləmir. D. Sadzaqlişvili vurğulayıb ki, bugünkü məhkəmə dinləməsinin önəmi sabiq Prezidentin xalqa müraciət üçün fürsət əldə etməsidir.

Qeyd edək ki, M. Saakaşvili çıxış etdikdən sonra səhhəti ilə bağlı məhkəmə iclasında sona qədər iştirak edə bilməyib və müalicə aldığı Qori Hərbi Xəstəxanasına geri qaytarılıb. İclas zamanı dövlət ittihamçıları ilə müdafiə tərəfinin vəkilləri arasında bir neçə dəfə sözlü qarşıdurma da yaranıb. 3 hakimdən ibarət panel M. Saakaşvilinin məhkəməsinin növbəti dinləməsini 23 dekabr saat 11:00-a təyin edib.

***

Bu gün Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin işi üzrə növbəti – dördüncü məhkəmə dinləməsi keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, proses saat 11:00-da başlayacaq.

Məhkəmə işi 2007-ci ilin noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması və “İmedi” teleşirkətinə hücumla bağlıdır. Sabiq dövlət başçısı iş üzrə müttəhim bilinir.

Müxalif Vahid Milli Hərəkat Partiyası məhkəmə binası qarşısında eyni vaxtda mitinq təyin edib. Partiyada ümid edirlər ki, M.Saakaşviliyə prosesdə iştirak etməyə icazə veriləcək.

Siyasətçinin iclasa gətirilib-gətirilməyəcəyi hələ məlum deyil. Həkimlərin rəyinə əsasən, o, prosesdə iştirak edə bilər.

Qeyd edək ki, M.Saakaşvili bundan öncə keçirilən məhkəmə iclaslarına gətirilməyib. O, proseslərdə distant iştirak təklifini qəbul etməyib.

Xatırladaq ki, Gürcüstanın eks-prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. M.Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

AMEA-nın Tarix İnstitutunun Baş direktoru istefa verəcək

Kərəm Həsənovun bacısı onu aldadıb 2 milyon alan “falçı” ilə razılığa gəlir

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib - Yenilənib

MTN-lə Gömrük arasında "pirotexniki savaş" – Generalın məhkəməsində sensasion ifadələr

Mehriban Əliyeva 20 Yanvar Günü ilə bağlı paylaşım edib

Özbəkistanda “Lochin” PUA-larının istehsalına başlanılıb - Video

Zakir Həsənov Vətən Müharibəsi Qəhrəmanını müavin təyin etdi - Foto

Nursultan Nazarbayevə yalnız Qazaxıstan parlamentində çıxış etməyə icazə verilib

Ən çox oxunanalar