Cümə axşamı, 20 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Polis "JEK" rəisinin otağında bıçaqlandı - DİN-dən açıqlama, yenilənib

Daxili İşlər Nazirliyi (DİN) Şirvan şəhərində Mənzil Kommunal İstismar Sahəsi İdarəsində polisin bıçaqlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov açıqlamasında bildirib ki, qeyd edilən hadisə noyabrın 26-da baş verib:

“Xuliqanlıq hərəkətləri edən Xəqani Əliyev hadisə zamanı polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq - Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi açılıb”.

“Şirvan Şəhər Məhkəməsinin qərarı ilə X.Əliyev barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib, cinayət işi üzrə araşdırmalar davam etdirilir”, - deyə o qeyd edib.

***

Şirvan şəhərində izahat alan polis əməkdaşı bıçaqlanıb.

PİA.az "Kriminalqafqaz"a istinadən xəbər verir ki, hadisə şəhərin F.X.Xoyski küçəsində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş qəsəbədəki Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Etibar Nəcəfovun iş otağında baş verib.

Qəsəbədə istilik sisteminin verilməməsi barədə sakinlər arasında narazı fikirlər yaratması haqda məlumat əsasında 1988-ci il təvəllüdlü Xəqani Əliyev izahatın alınması üçün ora dəvət olunub.

Həmin zaman X.Əliyev Şirvan Şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı 1985-ci il təvəllüdlü Emin Budaqovun əlindən bıçaqla vuraraq xəsarət yetirib.

Xəqani Əliyev saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (silahdan istifadə edilməklə xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ramiz Mehdiyev Tarix İnstitutunda baş verən xoşagəlməz hallara münasibət bildirib

AMEA-nın Tarix İnstitutunun Baş direktoru istefa verəcək

Kərəm Həsənovun bacısı onu aldadıb 2 milyon alan “falçı” ilə razılığa gəlir

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib - Yenilənib

MTN-lə Gömrük arasında "pirotexniki savaş" – Generalın məhkəməsində sensasion ifadələr

Türkiyədə son sutkada koronavirus daha 176 nəfərin ölümünə səbəb oldu

Mehriban Əliyeva 20 Yanvar Günü ilə bağlı paylaşım edib

Ən çox oxunanalar