Cümə axşamı, 20 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

SOCAR: "Satışdakı yanacağın keyfiyyətinə nəzarət etmirik"

"Azərbaycanda benzin və yanacağın keyfiyyətinə nəzarət edən dövlət qurumları var. SOCAR yalnız istehsalçıdır".

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, yanacaqdoldurma məntəqələrində müvafiq qurumların apardığı araşdırmalar zamanı bəzi kənarlaşdırmalar müəyyən edilib:

"Bizə verilən məlumata görə, nöqsanlar yanacağın saxlanılması ilə əlaqədardır. İstisna deyil ki, yanacağa bəzi qatqılar da əlavə edilir. Neft Emalı Zavodunda istehsal edilən benzin (AI-92) Azərbaycanda qüvvədə olan norma və standartlara uyğundur. Bu, mütəmadi olaraq laboratoriyalarda yoxlanılır. Bizim istəyimiz odur ki, zavodda istehsal olunan məhsul həm də beynəlxalq standartlara uyğunlaşdırılsın. Buna görə də, modernizasiya işləri aparılır",- deyə o söyləyib.

SOCAR rəsmisi qeyd edib ki, Azərbaycanda "Avro-5" standartlı benzin istehsal olunandan sonra bu yanacaqla işləyən avtomobillərin sayı arta bilər.(report)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ramiz Mehdiyev Tarix İnstitutunda baş verən xoşagəlməz hallara münasibət bildirib

Daha bir məktəbdə rüşvət qalmaqalı – Direktorla müəllimin səsyazısında nələr var?

AMEA-nın Tarix İnstitutunun Baş direktoru istefa verəcək

Kərəm Həsənovun bacısı onu aldadıb 2 milyon alan “falçı” ilə razılığa gəlir

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib - Yenilənib

Türkiyədə son sutkada koronavirus daha 176 nəfərin ölümünə səbəb oldu

MTN-lə Gömrük arasında "pirotexniki savaş" – Generalın məhkəməsində sensasion ifadələr

Şahmat üzrə Azərbaycan çempionatı keçiriləcək

Ən çox oxunanalar