Cümə, 21 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Xəstəxananın şöbə müdiri və qohumu avtomobillə qəsdən vurulub

Sürücü İsmayıllı rayon Mərkəzi Xəstəxanasının şöbə müdirini və onun qohumunu avtomobillə qəsdən vurub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov İsmayıllı rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə bildirib ki, noyabrın 28-də saat 16:40 radələrində İsmayıllı rayon sakini, 1966-cı il təvəllüdlü Ağamirzəyev Fazil Səməd oğlu idarə etdiyi 10-LZ-067 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili ilə Heydər Əliyev prospektində hərəkətdə olarkən əvvəlcədən aralarında mübahisə olmuş İsmayıllı rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri, 1975-ci il təvəllüdlü Abbasov Elçin Şahsuvar oğlunu və onun qohumu 1981-ci il təvəllüdlü Əzizov Rövşən Aydın oğlunu yolun əks istiqamətindəki səkidə piyada hərəkətdə olduğunu görüb və qəsdən nəqliyyat vasitəsini onların üzərinə sürüb.

Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sonradan vəziyyəti ağırlaşan yaralılar müalicə üçün Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi başlanılıb, Fazil Ağamirzəyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

AMEA-nın Tarix İnstitutunun Baş direktoru istefa verəcək

Kərəm Həsənovun bacısı onu aldadıb 2 milyon alan “falçı” ilə razılığa gəlir

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib - Yenilənib

MTN-lə Gömrük arasında "pirotexniki savaş" – Generalın məhkəməsində sensasion ifadələr

Özbəkistanda “Lochin” PUA-larının istehsalına başlanılıb - Video

Zakir Həsənov Vətən Müharibəsi Qəhrəmanını müavin təyin etdi - Foto

20 yanvarda sovet ordusunuBakıya Rəsulzadə çağırıb? - Özü "yalandır" deyir, amma...

Nursultan Nazarbayevə yalnız Qazaxıstan parlamentində çıxış etməyə icazə verilib

Müşaviri Ramiz Mehdiyevə cavab verib: "Əlimdə bir neçə mühüm əsas var"

Ən çox oxunanalar