Cümə, 21 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycan və Səudiyyə Ərəbistanı XİN-ləri arasında məsləhətləşmələr keçirilib

Bu gün Əl-Riyad şəhərində Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirlikləri (XİN) arasında məsləhətləşmələrin birinci raundu keçirilib.

Azərbaycan XİN-in Mətbuat xidməti idarəsindən PİA.az-a verilən xəbərə görə, məsləhətləşmələrdə Səudiyyə Ərəbistanı tərəfini xarici işlər nazirinin müavini Valid bin Əbdülkərim Əl-Xureyci, Azərbaycan tərəfini isə xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil edib.

Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı yolları müzakirə olunub. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfi bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim edib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

AMEA-nın Tarix İnstitutunun Baş direktoru istefa verəcək

Kərəm Həsənovun bacısı onu aldadıb 2 milyon alan “falçı” ilə razılığa gəlir

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib - Yenilənib

MTN-lə Gömrük arasında "pirotexniki savaş" – Generalın məhkəməsində sensasion ifadələr

Özbəkistanda “Lochin” PUA-larının istehsalına başlanılıb - Video

Zakir Həsənov Vətən Müharibəsi Qəhrəmanını müavin təyin etdi - Foto

Nursultan Nazarbayevə yalnız Qazaxıstan parlamentində çıxış etməyə icazə verilib

20 yanvarda sovet ordusunuBakıya Rəsulzadə çağırıb? - Özü "yalandır" deyir, amma...

Müşaviri Ramiz Mehdiyevə cavab verib: "Əlimdə bir neçə mühüm əsas var"

Ən çox oxunanalar