Cümə, 21 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

YAP-dan Cəmil Həsənliyə cavab: "Soçi görüşündən narahat olublar..."

"Cəmil Həsənli, Əli Əliyev, Sevinc Osmanqızı kimi Azərbaycanda və ölkə xaricində qarayaxma və böhtan kampaniyalarına rəhbərlik edənlər məhz anti-azərbaycan mövqe sərgiləyirlər. Həmin şəxslər Ermənistanın baş nazirinin Soçi görüşündə çox rahat olduğunu, guya onun istədiyi formada özünü aparmadığını, görüşün Ermənistanın xeyrinə başa çatmasını birbaşa erməni lobbisinin diktəsi altında deyirlər. Həmçinin İranla Azərbaycanın münasibətlərinin yaxşılaşması da belə qüvvələri narahat edir".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə heyətinin üzvü Cavid Osmanov deyib.

Deputat bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qalib gəlib və nəticədə, dünya dövlətlərinin Azərbaycana, eləcə də Prezident İlham Əliyevə hörməti durmadan artır: "Azərbaycanın uğurları cənab İlham Əliyevin rəhbərliyi ilə artmaqda davam edir. Noyabrın 26-da Soçidə keçirilən Azərbaycan, RusiyaErmənistan siyasi liderlərinin görüşü və noyabrın 28-də Aşqabadda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı ciddi əhəmiyyətə malikdir. Zirvə görüşündə Azərbaycan Prezidentinin bir sıra dövlət başçıları ilə görüşləri və bütün görüşlərdə qəbul edilmiş qərarlar, Azərbaycanla bağlı mühüm müddəaların yekun sənədlərdə yer alması, eyni zamanda ölkəmizin Soçi görüşündə masaya qoyduğu bütün məsələlərin lehimizə həll olunması vacib məqamlardır. Ötəngünkü görüşdə Prezident İlham Əliyevin Vətən müharibəsindəki qələbəsinə görə təbriklər alması, həmçinin işğaldan azad edilmiş ərazilərdə həmin ölkələr tərəfindən investisiya qoyuluşu istiqamətində atılacaq addımlar, Zəngəzur dəhlizinin reallığa çevrilməsi və s. bütün bunlar, əlbəttə ki, diplomatik uğurdur. Bu, Prezidentin müstəqil, qətiyyətli və prinsipial siyasət yürütdüyünün məntiqi nəticəsidir. Belə olan halda, bəzi dairələrin ciddi narahatlıq keçirməsi normaldır, çünki həmin dairələr erməni lobbisinin təsiri altında fəaliyyət göstərirlər. Həmçinin, sapı özümüzdən olan marginal qruplaşmalar, qarayaxma kampaniyası aparanlar da Azərbaycanın bu qələbəsini, diplomatik uğurlarını həzm edə bilmirlər. Belə antimilli qüvvələr Azərbaycanın uğurlarına kölgə salmaq istəyirlər. Cəmil Həsənlinin öz Feysbuk hesabında Azərbaycanla İranın yaxınlaşmasına olan münasibəti də onun narahat olduğunu göstərir. Təbii ki, belə qüvvələr Azərbaycanın qonşuları ilə mənfi münasibətlərdə olmasına çalışırlar. Bununla da, ölkəmizin dünyada artan gücü və nüfuza kölgə saldıqlarını düşünürlər. Lakin onlar heç nə əldə edə bilməyəcəklər, çünki Azərbaycan xalqı nəinki sapı özümüzdən olan belələrinə inanmır, onları heç dinləmirlər".

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

AMEA-nın Tarix İnstitutunun Baş direktoru istefa verəcək

Kərəm Həsənovun bacısı onu aldadıb 2 milyon alan “falçı” ilə razılığa gəlir

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib - Yenilənib

MTN-lə Gömrük arasında "pirotexniki savaş" – Generalın məhkəməsində sensasion ifadələr

Özbəkistanda “Lochin” PUA-larının istehsalına başlanılıb - Video

20 yanvarda sovet ordusunuBakıya Rəsulzadə çağırıb? - Özü "yalandır" deyir, amma...

Zakir Həsənov Vətən Müharibəsi Qəhrəmanını müavin təyin etdi - Foto

Nursultan Nazarbayevə yalnız Qazaxıstan parlamentində çıxış etməyə icazə verilib

Müşaviri Ramiz Mehdiyevə cavab verib: "Əlimdə bir neçə mühüm əsas var"

Ən çox oxunanalar