Şənbə, 22 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

XİN rəhbəri: "Türkiyə PUA-sı anlayışı yoxdur, “Bayraktarlar”lar Ukrayna ordusunundur"

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Türkiyə istehsalı “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının (PUA) ölkə ordusunda istifadəsinə münasibət bildirib.

PİA.az-ın xəbərinə görə, video-konfrans formatında əcnəbi jurnalistlərin suallarını cavablandıran Ukrayna XİN rəhbəri deyib ki, Türkiyə PUA-sı anlayışı yoxdur.

“Bunlar Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatlarıdır. Biz onları Türkiyədən almışıq”, - ukraynalı nazir vurğulayıb.

Onun sözlərinə görə, Rusiya təmas xəttinə öz hərbi qüvvələrini və silah-sursatlarını yığıb: “Rusiya təmas xəttinə haubitsa toplarını gətirir. Onların atəşi nəticəsində bizim bir hərbçimiz həlak oldu. Bu cür silahların istifadəsi Minsk razılaşmasının aşkar şəkildə pozulmasıdır. Rusiya haubitsalardan istifadə edərək ordumuzun mövqelərini atəşə tuturdu. Bütün xəbərdarlıqlara baxmayaraq, bu hücum davam edirdi və nəticədə Ukrayna ordusunun müvafiq komandanlığı həmin mövqelərə dəqiq zərbələr endirmək barədə əmr verdi".

D. Kuleba qeyd edib ki, cavab hücumu nəticəsində nə Rusiya hərbçisi, nə də separatçı qüvvələrin canlı qüvvəsi həlak olub: “Dəqiq zərbələrlə yalnız bizim mövqelərə atəş açan haubitsalar məhv edilib”.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Kəmaləddin Heydərov müavinini vəzifəsindən kənarlaşdırdı

"Yolverilməz və ləyaqətsiz adamdır..." - "Ramiz Mehdiyev intellektual səviyyədə deyil..."

AMEA-nın professoru: “Ramiz Mehdiyev getməlidir”

Tofiq Abbasov: “Rusiya və KTMT qoşunları Ukraynaya girə bilər” - Müsahibə

Məşhur reper Qədir Rüstəmovun ifasını paylaşdı - Video

Bakıda nişanlısı tərəfindən döyülən gənc qızın qolları sınıb

Vilayət Eyvazov generalın oğlunu işdən çıxardı - Foto

“Perkersin səfəri Rusiya kəşfiyyatı tərəfindən təşkil edilib” - Tofiq Zülfüqarov

Rusiya-Ukrayna toqquşmasında maraqlı olan ölkələr var... - Rusiya bu müharibəyə gedə bilərmi?

Bu gün Cenevrədə Blinken Lavrovla görüşəcək - Tərəflər müharibədən qaça biləcək?..

Ən çox oxunanalar