Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçında ağacəkmə aksiyası keçirildi - Fotolar

Laçın şəhərinin işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə 1 dekabr 2021-ci il tarixində Laçında genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

PİA.az xəbər verir ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində Laçının Güləbird kəndinin iki müxtəlif ərazisində 2500-ə yaxın müxtəlif cinsli ağac əkilib, 500 kiloqrama yaxın palıd toxumu səpilib.

Doğma torpağa qayıdış münasibətilə keçirilən tədbirdə Ekologiya və Təbii Sərvətlər, Müdafiə və Daxili İşlər nazirliklərinin müvafiq bölmələrinin nümayəndələri, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yerli qurumunun əməkdaşları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Ermənistanın işğalçı ordusu tərəfindən məhv edilmiş yaşıllıq massivlərinin yenidən bərpasına nail olmaq məqsədilə Laçında, o cümlədən işğaldan azad olunmuş bütün ərazilərdə ağacəkmə kampaniyaları davam etdiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar