Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qaynım 7 milyon vergi ödənişindən yayınıb" – Rafael Cəbrayılovun həyat yoldaşı

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

PİA.az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hüquqi varisi, onun həyat yoldaşı Aidə Cəbrayılova ifadə verib.

O bildirib ki, R.Cəbrayılova qarşı irəli sürülmüş ittihamlarla razı deyil: “Rafael Cəbrayılov dövlətinə, xalqına sadiq bir şəxs olub. 2015-2016-cı illərdə ölkədə baş verən devalvasiya səbəbindən onun şirkəti ayrı-ayrı şəxslərdən yüksək məbləğdə borc almaq məcburiyyətində qaldı. Qardaşı Elşən Cəbrayılov onu ağır duruma saldı, özü isə hazırda Türkiyə və Macarıstanda tikinti biznesi ilə məşğul olur. İş materiallarından da aydın görünür ki, Elşən Cəbrayılov direktor səlahiyyətlərini icra edərkən iş üzrə zərərçəkmişlər – Vidadi Məmmədov, Bəşir Məmmədov, Sülhiyyə Məmmədova, Təranə Fətəliyeva və başqaları ilə mənzillərin və qeyri-yaşayış sahələrinin girov qismində ayrılması və satılması barədə müqavilələr bağlayıb. O, möhürlə təsdiq edib, vətəndaşlardan pul vəsaitlərini qəbul edib və bu barədə qəbz verib. Rafael Cəbrayılov ifadələrində və vəsatətlərində göstərmişdi ki, Elşən Cəbrayılov 7 milyon vergi ödənişindən yayınıb”.

Daha sonra təqsirləndirilən şəxsin hüquqi varisi vəsatət qaldıraraq, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmədə zərərçəkmiş qismində Sülhiyyə Məmmədova ifadə verib. Onun sözlərinə görə, R.Cəbrayılovun qardaşı Elşən Cəbrayılova 192 min 500 manat pul verib.

Növbəti proses dekabrın 16-na təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.


Aparılan ibtidai istintaq zamanı R.Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə R.Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, R.Cəbrayılov bu ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar