Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN rəhbəri: "Ermənistan 10 noyabr bəyanatına əməl etməyib, silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb"

"Ermənistanın üçtərəfli bəyanatda nəzərdə tutulan öhdəliklərini pozmağa davam etməsi ciddi narahatlıq doğurur".

PİA.az-ın xəbərinə görə, bunu Xarici işlər naziri Ceyhun Bayramov Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib. C. Bayramov bildirib ki, münaqişənin başa çatması ErmənistanAzərbaycan arasında yaxşı qonşuluq əlaqələrinin yaradılması üçün unikal fürsətlər yaradır:

“Münaqişənin başa çatması ErmənistanAzərbaycan üçün ərazi bütövlüyü və suverenliyinə hörmət və qarşılıqlı tanıma, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında yaxşı qonşuluq və dövlətlərarası əlaqələr qurmaq fürsəti təqdim edir. Azərbaycan buna hazır olduğunu dəfərlərlə vurğulayıb və münaqişənin başa çatmasından dərhal sonra praktiki olaraq dərhal bir neçə birtərəfli addımlar atıb. Ermənistan isə buna hələ də qarşılıq verməyib. Ermənistanın üçtərəfli bəyanatda nəzərdə tutulan öhdəliklərini pozmağa davam etməsi ciddi narahatlıq doğurur. Ermənistan hələ də 10 noyabr üçtərəfli bəyanatına əməl etməyib və silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb. Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələriinin bərpasının gecikməsi dayandırılmalıdır. Bu bütün tərəflər üçün geniş iqtisadi faydaları ilə yanaşı önəmli etimad inşası və münaqişə sonrası normallaşma tədbiridir”.

Nazir Ceyhun Bayramov qeyd edib ki, Zəngəzur dəhli sadəcə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkəti üçün deyil, həm də AzərbaycanErmənistan arasında hər iki istiqamətdə nəqliyyat əlaqələrini bərpa edilməsinə, sülh və əməkdaşlığa xidmət edəcək və bütün region üçün misli görünməmiş fürsətlər təqdim edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Ən çox oxunanalar