Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aslan İsmayılov: "Azərbaycan cəmiyyətinin bu gündə olmasının əsas səbəbkarı AXC şinelindən çıxanlardır"

Azərbaycan cəmiyyətinin bu gündə olmasının əsas səbəbkarı AXC şinelindən (AXCP, AMİP, BAXCP, YAP, Müsavat və digəriləri) çıxanlardır.

PİA.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

A.İsmayılov qeyd edib ki, siyasəti biznesə çevirənlər, hakimiyyətlə mandat bölüşdürənlər, gündə bir cəbhə ilə əməkdaşlıq edən, dünən ən ağır formada təhqir etdikləri ilə bu gün can-qardaş olanlar, eyni cinahda olanlara qarşı ən murdar hiylələlər işlədənlər, öz oyunlarının çirkabında batanlar, Azərbaycanda ziyalı təbəqəni məhv edən, onları ya hakimiyyətin yanında durmağa, yaxud lal olmağa məcbur edən, bu həyatdan küskün yola salanlar, cəmiyyətə nifrət toxumu səpənlər, siyasətə, ictimai həyata təhqir, böhtan, söyüş gətirən də onlardır: “Ancaq onların istədikləri kimi fikir bildirmədikdə şərhlərdə səhifəmi bağlamağı tələb edənlər, təhqir, böhtan yağdıranlar da onlardır. Əgər sizə maraqlı deyilsə, səhifəmin bağlanmasını tələb etmək əvəzinə (“Facebook”dakı səhifəsini nəzərdə tutur-red) , səhifəmi bəyənmədiyiniz halda bütün günü səhifəmdə sülənməyin. Qarın ağrınız nədir, onu bildirin. Mən sizin əxlaqda deyiləm ki, layiq olduğunuz cavabı qaytarım. Saleh Rüstəmlinin azad edilməsinin tərəfdarı oldum, yazdınız ki, sizin xahişə ehtiyac yoxdur, susun. Tofiq Yaqublu ilə bağlı fikir bildirdim, yenə içinizdə olan zəhəri tökdünüz. Belə məsələlərdə susanda əxlaqınıza uyğun təhqirlər yağdırırsınız. Həyatda heç nəyə nail olmayıb uğurlu insanlara zəhər fısqırdınız, nifrət etdiniz və heç nəyə nail olmadınız. İçinizdəki zəhər tuluğundan azad olun. Cəmiyyət, insanlar cəhənnəmə, heç olmasa özünüzə yazığınız gəlsin. Qurtarın bu murdarlığı, bir azca adam olun». (Pravda)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar