Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfqanıstan-İran sərhədində silahlı toqquşmanın səbəbləri açıqlandı

Əfqanıstanın yeni hakimiyyət orqanları Əfqanıstan-İran sərhədində çərşənbə günü baş vermiş silahlı toqquşmaların başa çatdığını təsdiqləyib.

Münaqişə Əfqanıstanın cənub-qərbindəki Nimroz əyalətinin Konq bölgəsində baş verib.

Toqquşmaya səbəb sərhədi qanunsuz keçdikləri iddia edilən iranlı fermerlər olub. Atışma dövlət sərhədinin pozulması ilə bağlı yaranan “anlaşılmazlıq səbəbindən” başlayıb.

Məlum olub ki, İrandan olan fermerlər qaçaqmalçılarla mübarizə aparmaq üçün Əfqanıstanla sərhəddə quraşdırılmış hasarları icazəsiz keçiblər. Hazırda vəziyyət sabitləşib.

Qeyd edək ki, İran-Əfqanıstan sərhədində İran sərhədçiləri ilə “Taliban” hərəkatının döyüşçüləri arasında silahlı toqquşmanın baş verdiyi bildirilib. Qeyd edilib ki, “Taliban”la İran Silahlı Qüvvələri arasında atışmaya səbəb Əfqanıstan tərəfinin sərhəd xəttini düzgün anlamaması olub. (İzvestiya)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar