Bazar ertəsi, 24 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

ABŞ-ın mühasirəsi və Türkiyənin yeni iqtisadi mənzərəsi...

Türkiyənin iqtisadi böhranla yanaşı, ərzaq böhranına sürüklənməsi onun döyüş qabiliyyətinə təsir edirmi?..

Arslan Bulut
“Yeniçağ” qəzeti, Türkiyə, 3 dekabr 2021-ci il

Birləşmiş Ştatlar Yunanıstanın Krit adasını təyyarədaşıyan gəmilər üçün bir mərkəzə çevirib. 6-cı Donanmanın “Harry Truman” və “David Eisenhoover” təyyarədaşıyan gəmiləri Suriyaya qarşı hava əməliyyatlarından sonra Kritdə lövbər salıblar. “Kathimerini” qəzeti isə Afinanın şimalındakı “Larissa” hava bazası və Türkiyə sərhədi yaxınlığındakı Aleksandrupoli limanında çoxlu sayda Amerika təyyarəsi, vertolyotu və döyüş gəmisinin yerləşdirilməsi üçün infrastrukturun genişləndirilməsi səyləri ilə bağlı xəbərlər dərc edib.

Yunanıstandakı bu toplanmanın Rusiyanı cənubdan mühasirəyə aldığını iddia edənlər var, amma əgər belə olsaydı, daha şimalda Rumıniyada hərbi infrastruktur tikintisi aparmaq lazım gələcəkdi. Təbii ki, ABŞ da Ukrayna və Qara dənizdə məskunlaşmaq istəyir, lakin Rusiyanın buna imkan verməyəcəyi bəllidir. ABŞ Rusiyanın Krımda və Dombas sərhəddində 40 min nəfərlik hərbi toplanmasına qarşı “onlara ağır bədəl ödədərik” deməklə hədələyir.

Düşünürəm ki, Türkiyənin yoxsullaşması ilə Amerikanın Yunanıstanda və Suriyanın şimal-şərqində hərbi güclənməsinin eyni vaxtda olması təsadüfi deyil. Görəsən, Türkiyənin iqtisadi böhranla yanaşı, ərzaq böhranına sürüklənməsi onun döyüş qabiliyyətinə təsir etmirmi?

Ümumdünya Səhiyyə Təşkilatının siyasətləri və misdən 200 dəfə daha keçirici olan qrafenin genetik terapiya mayelərində istifadəsi də qeyd edilməlidir. Elmi inkişaflardan xəbəri olmayanlar elektromaqnit dalğalarının lazer şüaları kimi silah vasitəsi olaraq istifadəsini anlaya bilməzlər.

Liviyanın linç edilmiş lideri Qəddafinin çadırı 1986-cı ildə bombalanmışdı. Hadisə zamanı Qəddafinin övladlığa götürdüyü qızı da öldü. Bu partlayışın necə edildiyi illər sonra üzə çıxdı. İclas fasiləsində Qəddafidən müsahibə götürmək üçün göndərilən agent-jurnalist çadırdan çıxarkən siqaret yandırıb və cibindən ona verilən tozu çıxararaq çadırın ətrafına səpib. Qəddafinin yeri bu tozlar vasitəsilə kosmosdan aşkar edilərək müəyyən edilib. Qəddafi çadırın yerini tez-tez dəyişdiyi üçün yer də bu şəkildə müəyyən edilib. Döyüş təyyarələri çadırın ətrafına səpələnmiş tozu müəyyən edən sistem sayəsində ora da bombalar atmışdı. Düz 35 il əvvəl...

Aradan keçən müddətdə bu texnologiyalar çox işlənib. İndi hər kəsin, xüsusən də ordu mənsublarının qanında hər kəsin adı ilə müəyyən edilən, hətta rəqəmləri belə fərqli olan qrafen hissəcikləri var.

“Yaxşı, hər şey kosmosdan alınacaqsa, niyə hərbi bina tikirlər?” sualı yarana bilər. Kimin bir dəfə tozlandığı, kimin tozlanmadığı aydın deyil. Bu sistemin sınaqdan keçirilib-keçirilmədiyi və ya həyata keçirilə biləcəyi bəlli deyil. Müharibədə son sözü həmişə quru qoşunları deyir.

Rusiya Elmlər Akademiyasının Şərq İnstitutunun eksperti, Moskvada fəaliyyət göstərən Müasir Türkiyə Araşdırmaları Mərkəzinin rəhbəri Amur Hacıyev ABŞ-ın Yunanıstanda güclənməsinə dair təhlilində rusiyalı hərbi ekspertlərin fikirlərini əks etdirib. “Sputnik”də dərc olunan məqaləyə görə, rusiyalı hərbi ekspert Oleq Ponomarenko bildirib ki, ABŞ-ın Yunanıstanda qurduğu hərbi infrastruktur son illərdə xeyli böyüyüyb və ABŞ-ın regional planları ilə birbaşa ziddiyyət təşkil edən türk ambisiyalarına qarşı artan inamsızlığı əks etdirir.

Ponomarenko: “ABŞ ambisiyalarını genişləndirərkən Türkiyənin inkişaf etdiyi və gücləndiyi çox uzun bir dövrü nəzərə alır. Bunun nəticəsində imkanlar artdıqca, tələblər də artır. Gələcəkdə Ankara ilə Vaşinqton arasındakı əlaqələrin kəsilməsini nəzərdə tutan ssenarini gözdən qaçırmaq olmaz. Bu baxımdan Yunanıstanın da Türkiyə kimi müstəqil fəaliyyət göstərməsi ehtimalı sıfıra yaxındır. Digər tərəfdən, öz maraqlarını güdən Türkiyənin gələcəkdə öz təsirini daha da genişləndirməsi ehtimalı yüksəkdir. Çünki bu obyektiv bir prosesdir”, deyib.

Türkiyənin tezliklə müstəqil hərəkət etməkdənsə, zərurət ucbatından Rusiya hərbi texnologiyasından istifadə edəcəyinə dair güclü işarələr var.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Şuşa” niyə “Buta” oldu? - Komandasının rəhbəri Müşfiq Abbasovdan utancverici açıqlama - Video

Könül İsmayılova: “Şuşa bizimdir, hər hansı erməni dığasının təkidinə asanlıqla təslim olmaq acizlik əlamətidir”

Müşfiq Abbasovun növbəti riyakarlığı - Güya komandanın adını qaytarıb...

Eldar Həsənovun həbsinin pərdəarxası məqamları: Növbədə Eldar Mahmudovdur…  - Təfərrüat

Ukrayna-Rusiya müharibəsinin ilk qurbanı Almaniya Hərbi Dəniz Qüvvələrinin baş komandanı oldu

"Anar Məmmədxanova "Şuşa"nın adını dəyiş desəydilər..." - Tahir İmanov KVN rəzilliyindən danışdı

Daşınmaz əmlakın dövlət reyestri niyə qapalıdır ?

Təhsil Nazirliyinin korluğumu, yoxsa "tərcümə xətası" adı ilə cəmiyyətə "yedizdirilən" cinayət?..

MDB-də ən az əməkhaqqı artımı Azərbaycanda olub

Ermənistan Prezidentinin istefasının əsl səbəbləri məlum olub

Ən çox oxunanalar