Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu keçirilib

Bu gün qeyd edilən Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu keçirilib.

PİA.az xəbər verir ki, forumda 20 könüllü təşkilatının 1 000-dən çox fəal üzvü iştirak edib.

Əvvəlcə könüllülər Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən könüllülər Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.

Bakı Konqres Mərkəzində keçirilən Forum ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi ilə açılıb. 20 təşkilatın fərdi stendlərində müxtəlif sahələrdə Azərbaycan könüllülərinin fəaliyyəti ilə bağlı məlumatlar nümayiş olunub. Sərgi ərazisində könüllülər üçün əyləncəli və intellektual oyunlar keçirilib, könüllülərin təşəbbüsü ilə kiçik fleşmoblar təşkil olunub.

Tədbirin açılışında dövlət himni oxunub və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ötən ay birinci ildönümünü qeyd etdiyimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədə könüllülər və ümumilikdə gənclərin mühüm rol oynadığı, ön cəbhədə döyüşməklə yanaşı, informasiya savaşında düşmən yalanlarının ifşa edilməsində və arxa cəbhədə müharibədən zərər çəkənlərə qayğı göstərilməsində fəal iştirak etdikləri vurğulanıb.

Tədbirdə 20-dən çox könüllü təşkilatı və hərəkatını birləşdirən Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) fəaliyyəti barədə hesabat təqdim edilib. Qeyd olunub ki, 2021-ci ildə AKTİ çərçivəsində ümumilikdə 300-ə yaxın layihədə on minlərlə gənc iştirak edib. Bu fəaliyyətlər ölkənin 64 şəhər və rayonunu əhatə edib. Həmçinin, müxtəlif sahələrdə könüllülərin fəaliyyətini əks etdirən video hesabatlar nümayiş olunub.

Forum münasibətilə Azərbaycan könüllülərini təbrik edən BMT-nin Könüllülər Təşkilatının icraçı koordinatoru Toyli Kurbanov bu fəaliyyətin əhəmiyyətindən bəhs edib.

Rəsmi hissədə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin sədri Ülvi Mehdiyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov könüllülərin il ərzində fəaliyyəti və onlara dövlət dəstəyi mexanizmlərindən danışıblar. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən birinin məhz gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi olduğu qeyd edilib. Bildirilib ki, dövlət başçısının bununla bağlı tövsiyəsi əsasında əksər dövlət qurumları yanında könüllü hərəkatları yaradılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2020-ci il ölkəmizdə Könüllülər ili elan edilib. Son 3 ildə ölkədəki könüllü təşkilatlarının sayı və əhatə dairəsi dəfələrlə artıb və bu proses hazırda da davam etməkdədir.

Tədbirin gedişində il ərzində 5 nominasiya – dövlət qurumlarında, genişmiqyaslı tədbirlərdə, sosial layihələr, ekoloji aksiyalar və uzunmüddətli könüllülük fəaliyyəti üzrə fərqlənmiş könüllülər təltif edilib.

Forumun sonunda xatirə fotosu çəkilib və könüllülərin Ümummilli lider Heydər Əliyevin irsi ilə tanışlığı məqsədilə Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Ən çox oxunanalar