Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Nüvə" çıxmazı: İran da, İsrail də mövqelərindən geri çəkilmir

"İran nüvə danışıqları bərpa olunmamışdan əvvəl uranın zənginləşdirilməsini dayandırmalıdır".

Ovqat.com xəbər verir ki, İsrailin Baş naziri Naftali Bennet Nazirlər Kabinetində keçirdiyi həftəlik brifinqində belə deyib.

Bildirildiyinə görə, o, cümə günü Vyanada keçirilən dolayı danışıqların yeddinci raundunun heç bir irəliləyiş olmadan başa çatmasını şərh edərkən vurğulayıb ki, dünya gücləri nüvə zənginləşdirmə fəaliyyətini dayandırması üçün Tehrana təzyiq etməlidir.

"Mən Vyanada İranla danışıqlar aparan hər bir ölkəni sərt mövqe tutmağa və İrana başa salmağa çağırıram ki, onlar uranı zənginləşdirməklə eyni vaxtda danışıqlar apara bilməyəcəklər”, - Bennet belə deyib.

"Məqsədimiz raundlar arasında açılmış fürsət pəncərəsindən istifadə etməkdir ki, ABŞ-dakı dostlarımıza üzümü tutub deyirəm: İranın uranı zənginləşdirmə sahəsində irəliləyişinə qarşı fərqli vasitələrdən istifadə etməyin tam zamanıdır", - deyən Bennett əlavə edib ki, hər şeyin öz vaxtı var: “Susmağın da öz vaxtı var, danışmağın da”.

Maraqlıdır ki, Vyana danışıqlarında İranın baş müzakirəçisi Əli Baqeri Kani də İtaliyanın Ansa xəbər agentliyinə açıqlamasında uzlaşmaz mövqe sərgiləyib. İran nümayəndəsi bildirib ki sanksiyaları ləğv edilmədikcə, Tehranın geri çəkilmək niyyəti yoxdur: “İran 2015-ci il nüvə sazişinin yenidən aktivləşdirilməsi və sanksiyaların ləğvi tələblərindən geri çəkilməyəcək”.

Kani, “nüvə sazişi”ni ilk əvvəl ABŞ-ın tərk etdiyini xatırladaraq, ilk addımı da onun atmalı olduğunu vurğulayıb: “Vyana danışıqlarında Tehranın irəli sürdüyü təkliflər sənədləşdirilmiş və məntiqlidir və buna görə də danışıqlar üçün əsas ola bilər. Tərəflər öz layihələrini təqdim edə bilərlər, lakin biz onlardan İranın təkliflərinə məntiqli cavab verəcəklərini gözləyirik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar