Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Geri qayıdacaq məcburi köçkünlərin statusu ilə bağlı qanun layihəsi hökumətə təqdim olunub

"Azad edilən ərazilərə əhalinin repatriasiyası prosesinin fundamental əsaslarının müəyyən edilməsi üçün ilk növbədə keçmiş məcburi köçkünlər arasında sorğular aparılıb. Sorğuların nəticələrinə əsasən, müvafiq planlaşdırma sxemləri hazırlanıb".

PİA.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları adlı elmi-praktiki konfrans"da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əhalinin repatriasiyası sosial demoqrafik dinamika nəzərə alınmaqla könüllülük, sosial ədalətin qorunması, o cümlədən əmlak və mülkiyyət hüquqlarının qorunması kimi prinsiplər əsasında aparılıb: "Məcburi köçkünlərin qayıdışının effektiv təşkili və hüquqi bazanın yaradılması məqsədilə müvafiq normativ hüquqi aktların qəbul edilməsi baxımından Dövlət Komitəsi tərəfindən artıq həmin şəxslərin statusu haqqında qanun layihəsinin ilkin variantı Nazirlər Kabinetinə, Prezident Administrasiyasına, rəy bildirmək üçün müvafiq nazirlik və komitələrə təqdim olunub. Həmçinin əhali arasında məlumatlılığın təmin olunması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi üçün təbliğat işlərinin əhatəliliyinin şaxələndirilməsi ediləcək işlərə daxildir. Eyni zamanda, əhalinin repatriasiyası ilə bağlı məlumat bazasının yaradılması, statistik göstəricilərin təhlili, müvafiq məlumatların əlçatanlığının təmin olunması üçün elektron məlumat bazasının yaradılması da qabaqcıl işlər sırasındadır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar