Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaraheybətdə şəhid olan Ceyhunun atası: “Nişanlanacağı barədə yayılan xəbərlər yalandır”

Xızıdakı Qaraheybət aviasiya poliqonunda baş vermiş helikopter qəzasında həlak olan 14 hərbçidən 11-i II Şəhidlər xiyabanında, üçü isə doğulduğu bölgədə torpağa tapşırıldı.

Şəhid olan 14 hərbçidən biri də tibb xidməti kapitanı Ceyhun Əhmədxanovdur. Ölümündən sonra haqqında “iki gün sonra nişanı” olacaqdı deyə, ürəkləri dağlayan şəhidimiz. Amma sən demə, C.Əmədxanovun nişanlanacağı ilə bağlı məlumatlar doğru deyilmiş...

Ceyhun Əhmədxanovun atası Xanlar Əhmədxanov oğlu haqqında Modern.az-a danışıb.

X.Əhmədxanov deyib ki, Ceyhunun uşaqlıq arzusu həkim olmaq idi:

“Uşaqlıqda ən böyük arzusu həkim olmaq idi. Tibb Universitetində və Dövlət İdarəçilik Akademiyasında ali təhsil alıb. 33 yaşı var idi, ailə qurmamışdı. Kaş ailə qurmuş olaydı, kaş balası olaydı, heç olmasa, Ceyhunun qoxusunu ondan alaydım. İndi özümü ovunduracaq təsəlli də tapmıram.

Onun da ömrü bitdi, bizim də... Ailədə şən uşaq olsa da, ciddi görünüşlü idi.

Ağıllı, savadlı uşaq idi mənim balam. Həkim olmaq uşaqlıq arzusu idi. Vətənə olan sevgisindən isə hərbi həkim olmaq istədi. Arzuları o qədər idi... Bizim də ona sonsuz arzularımız var idi. Ceyhundan başqa bir övladım var, hər ikisini halal zəhmətimlə böyütmüşdüm. Heyif görmədim balamın bəhrəsini”.

Ceyhun Əhmədxanov hər gün olduğu kimi, səhər yuxudan oyanıb işə hazırlaşıb:

“Səhər-səhər anası işə gedib, arxasınca da Ceyhun gedib. Kefi yaxşı idi, təlimə gedəcəyini bilirdik. Nə biləydik, Ceyhunun son çıxışıdır evdən”.

X.Əhmədxanov deyir ki, oğlunun şəhid olmasını iş yoldaşları ondan əvvəl eşidiblər:

“Anasının, mənim iş yoldaşlarım Ceyhunun şəhid olduğunu bilib bizə deyə bilməyiblər. Qara xəbəri necə verməli olduqlarını bilməyiblər. Çox çətindir, Allah heç bir valideynə yaşatmasın bu dərdi”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar