Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afrika dünyası nə qədər genişdir? - Soyuq Müharibədən sonrakı dünya öz sonuna yaxınlaşır...

Avropa xalqının aliliyinə əsaslanan düşüncə sistemi çoxdan inşa edilib. Müstəmləkəçilik anlayışından başlayaraq, bu üstünlük ideyası da anlaşılmazdır...

Selçuk Türkyılmaz
“Yeni Şafak” qəzeti, Türkiyə, 6 dekabr 2021-ci il

Talançılıq və müstəmləkəçilik terminləri bir-birini əvəz etməməlidir. İki anlayış arasındakı fərq o qədər sadə deyil. Dəqiq məlumatlara əsaslanmadan deyə bilərəm ki, bu iki anlayış ötən əsrin ikinci yarısından bir-birini əvəz edir. Hesab edirəm ki, bunda dövrün şərtlərinin də təsiri güclüdür. İkiqütblü bir dünya quruldu və yeni sistem həm düşüncə tərzimizi, həm də anlayışlarımızı dəyişdirdi. Bir tərəfdə Çar Rusiyasının müstəmləkəçi imperiya mirasını dəyişdirərək türk dünyası üzərində hökmranlığını gücləndirən Sovet İttifaqı, digər tərəfdə isə Avropanın müstəmləkəçi imperiya mirasını və imperialist hegemonluğunu dünya üzərində daşımağa çalışan ABŞ var idi. Müstəmləkəçilik anlayışı sinfi qarşıdurma tezisi üzərində qurulduğundan Avropadan kənarda olan xalqların tarixi və coğrafiyası öz əhəmiyyətini itirdi. Kapitalizm və sinfi qarşıdurma tezisi çox faydalı təhlil forması kimi qəbul edildi. Şübhəsiz ki, bu, dönəmlə əlaqəli idi.

Mandat kimlərdədir?

Anlayışların mənaları müəyyən edilərkən düşüncə dünyamız da formalaşır. Beləliklə, düşüncə tərzinin sərhədləri formalaşır. Fikir azadlığı anlayışının siyasi tənqid hüququ ilə məhdudlaşdırılması mühüm bir çatışmazlıqdır. Ancaq xəritələrlə düşüncəmizə bir məhdudiyyət qoyulur. Müstəmləkəçilik bir sistem idi və bütün dünyaya təsir etdi. Böyük bir transformasiya oldu. Bu sistemlə Avropa mərkəzli dünya quruldu.

Türkiyə bilavasitə bu dünyanın bir parçası deyildi, amma sistemin psixi dünyamıza təsiri düşünüləndən də artıqdır. Məsələn, Ərdoğan mandat zehniyyətindən danışsa da, bu anlayışın iqtisadi nəzəriyyələrdə əhəmiyyət daşıdığını deyə bilmərik. Lakin mandat təfəkkürü də müstəmləkəçiliyin fəsadlarından biridir və asılılıq münasibətləri yüksək səviyyədə təhlil edilməlidir. Aydındır ki, talançılıq, müstəmləkəçilik, mandat, vəkillik və qəyyumluq kimi idarəetmə formalarını ifadə etmək üçün istifadə olunan məfhumlar fərqli bir məna dünyasına işarə edir. Soyuq Müharibə dövrü bu dünyanın görünməsinə və müzakirəsinə mane olurdu.

“Afrika açılışı” və ya “Yenidən Asiya” anlayışları gündəmə gəldikdə “bizim orada nə işimiz var?” deməklə Afrika qitəsinin nə qədər böyük olması ilə bağlı sualı cavabsız qoymaq arasında birbaşa əlaqə var. Xəritələrin çox vacib olduğu bilinir, lakin onların düşüncə tərzimizə təsiri haqqında bir söz demək asan deyil.

Bütün Avropa dünyasını, Rusiyanı, Asiyanın ürəyi olan Türküstanı əhatə edən coğrafiya, həqiqətən, çox böyükdür. Bu genişlik Dakardan Moqadişuya qədər uzanan əraziyə də aiddir. Bu iki məsafə, demək olar ki, bir-birinə bərabərdir. Amma bu bərabərlik xəritədə saxtalaşdırılıb. Aydındır ki, onlar mental olaraq bütöv bir qitəni daraltmağa çalışırlar, düşüncəmizə sərhədlər çəkirlər.

İdarə etməyi bilmirlər, onları idarə etmək lazımdır

“Onlar idarə etməyi bilmirlər, idarə olunmalıdırlar” ifadəsinə müstəmləkəçi baxışla yanaşa bilməzsiniz. Hər böhranda yekə-yekə insanların öz inanclarını Avropaya yönəltməsi acınacaqlı və utancvericidir. Qitələr və ölkələr Avropa anlayışlara həbs edilib.

Avropa xalqının aliliyinə əsaslanan düşüncə sistemi çoxdan inşa edilib. Müstəmləkəçilik anlayışından başlayaraq, bu üstünlük ideyası da anlaşılmazdır. Müstəmləkəçilik, talançılıq, sahiblik, mandat, vəkillik və qəyyumluq kimi idarəetmə formaları yeni bir düşüncə dünyasına gətirib çıxardı. Asılılıq münasibətləri bu sistem daxilində institusionallaşdırılır. Qeyri-milli forma keçdikcə daha da gücləndi və iqtisadi struktur formalaşdı. Bu, Avropa mərkəzli bir quruluşdur. Mandat sistemini başa düşmək üçün asılı strukturlar arası münasibət aydın olmalıdır.

Soyuq Müharibə dövrü Sovet İttifaqının dağılması ilə başa çatdı, lakin bunun bizə aidiyyatı yox idi. AvropaABŞ liderlərinin qalib gəlməsinə sevinməklə biz qalib gəlmiş olmadıq. 15 İyulda gördük ki, bu dövr bizim üçün davam edir. İndi çərçivələnmiş dünyanı tərk edib-etməyəcəyimizə qərar verməliyik.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar