Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransanın bəyanatı və Məhəmməd ibn Salmanın səmimiyyəti...

Bu fəlakətləri, siyasi və təhlükəsizlik çatışmazlıqlarını Livana kim gətirir? Avstraliya Meşələri Koalaları Mühafizə Partiyası, yoxsa Yaşıl Tısbağa Sevənlər Dərnəyi?..

Mişari Zeydi
“Şarkul Avsat” qəzeti, 6 dekabr 2021-ci il

Bəzi livanlılar Fransa prezidentinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər səfərinin nəticələri barədə yanılırlar. Bununla belə, baş verən hadisələr və Livanın istəkləri iki fərqli nöqtədədir.

Bəli, Səudiyyə Ərəbistanı-Fransa görüşündə digər məsələlər arasında, xüsusilə Livan problemi müzakirə olunub. Bununla belə, İran, Yəmən, Liviya və İraq məsələsi ilə yanaşı, iqtisadiyyat, hərbi sənaye, hətta rəqəmsal iqtisadiyyat, su və digər məsələlər də müzakirə edilib.

Fransa prezidenti Emmanuel Makronun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanla görüşündən sonra verdiyi bəyanatlar kimi Səudiyyə-Fransa birgə bəyanatı dərc olunduğu halda, niyə yanlış yola gedirik?

Səudiyyə-Fransa birgə bəyanatından aydın idi ki, İranın regionun təhlükəsizliyinə xələl gətirən fəaliyyətlərinə müqavimət göstərilməlidir. Eyni şəkildə, iki ölkə İranın nüvə proqramının irəliləyişi və onun şəffaflıq və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlıq etməməsi barədə olan narahatlıqlarını ifadə edib.

Yəmən vasitəsilə bəziləri Səudiyyənin uğursuzluğuna və Fransanın təzyiqinə arxalanırlar. Birgə bəyanatda Yəmən böhranının həlli üçün Körfəz təşəbbüsü və icra mexanizmləri, hərtərəfli milli dialoqun nəticələri və BMT-nin müvafiq qətnamələri, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının 2216 saylı qətnaməsi vurğulanıb. Bundan əlavə, Fransa Səudiyyə Ərəbistanının 22 mart 2021-ci ildə başlatdığı sülh təşəbbüsünü tam dəstəklədiyini vurğulayıb.

Livan məsələsinə gəlincə, heç bir üstüörtülü ifadə işlədilməyib. Hətta vəliəhd şahzadə Məhəmməd ibn Salmanın səmimiyyəti də Fransa prezidentinin diqqətindən yayınmayıb. Fransa və Səudiyyə Ərəbistanı hökumətləri razılaşıblar ki, Livan hökuməti hərtərəfli islahatlar aparmalı, xüsusən də Livanda milli birlik və vətəndaş sülhünü təmin edən Taif sazişinin maddələrinə hörmət edilməli və silahlar yalnız bu ölkədə cəmlənməlidir. Eyni zamanda, diqqətə çatdırılıb ki, Livan regionun təhlükəsizliyini və sabitliyini pozan hər hansı terror aktı üçün başlanğıc nöqtəsinə və narkotik ticarəti üçün bir mənbəyə çevrilməməlidir.

Bütün bu fəlakətləri, siyasi və təhlükəsizlik çatışmazlıqlarını Livana kim gətirir? Avstraliya Meşələri Koalaları Mühafizə Partiyası, yoxsa Yaşıl Tısbağa Sevənlər Dərnəyi?

Təbii ki, bunun əsas məsuliyyəti Livanda İranın dəstəklədiyi Hizbullah Partiyasıdır. Livan prezidenti Mişel Aun bu yaxınlarda “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə Hizbullahın Livanın üçdə birini təmsil etdiyini söyləməklə, ölkənin qərarları üzərində bu qrupun hegemonluğunu normallaşdırmağa çalışıb.

Boz sahələri manipulyasiya etmək dövrü artıq bitib. Livan, xüsusən də siyasətçilər və başqaları siyasi tülkülüyü dayandırmalı, sivil dövlət məntiqi ilə danışmalı və indiki mövqeyinin əksinə yönəlməlidir.

Səudiyyə Ərəbistanının və mötədil ölkələrin bu siyasi zarafatlara sərf etməyə vaxtı yoxdur. Regionda vəziyyət çox təhlükəlidir. Çünki biz aqressiv İran və uduzmuş ABŞ ilə qarşı-qarşıyayıq.

Fransa prezidenti Makron Səudiyyə Ərəbistanına səfərindən sonra aşağıdakı bəyanatlarla çıxış edib:

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi narahatlığını dilə gətirdiyi kimi, sülhü qorumaq istəyini də həmişə açıq şəkildə ifadə edib. O, bu məsələdə aydın mövqe tutanlardandır”.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar