Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən birində qeydə alınıb.
Göygöl rayon sakini Vüsal Əmrahov bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, əməliyyat olunub. Araşdırma zamanı məlum olub ki, onu Gəncə Şəhər sakini Günel Məmmədova şəxsi münasibətlər zəminində bıçaqlayıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
pia.az