Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yeni Soyuq Müharibə”nin isti dalğaları - Çin və Rusiya yeni nəsil hərbi texnologiyalarda ABŞ-ı ötməyə yaxındır...

Fransa Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Pier Vandier Çinin 10 ildə dəniz gücünü 3 dəfə artırdığını, hətta Çinin ABŞ Hərbi Dəniz Qüvvələrinin gücünü də geridə qoyduğunu iddia edib...

Abdulla Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 7 dekabr 2021-ci il

1940-cı illərin sonundan 1990-cı illərin əvvəllərinə qədər davam edən “Soyuq Müharibə” dövrünün ən çılğın nümayişlərindən biri ABŞ-ın “Ulduz müharibələri” layihəsi oldu. Bu layihə Sovet İttifaqı tərəfindən ABŞ-a istiqamətləndiriləcək qitələrarası ballistik raketləri kosmosdan idarə olunan lazer şüaları ilə məhv etmək məqsədi daşıyırdı. Ronald Reyqanın prezidentliyi dövründə elan edilən layihə ABŞ-ın yeganə rəqibi olan Sovet İttifaqını da oxşar layihəyə sövq etdi. Fantastik filmlərdən ilhamlanan bu fantastik layihənin Sovet iqtisadiyyatını iflasa uğratdığı deyilir.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp da Reyqan dövrünün təqlidi olaraq Kosmik Qüvvələrin Komandanlığını təsis etmişdi. Tramp üçün kosmos həm də döyüş meydanı idi. İndi Sovet İttifaqının yerində küləklər əsir, lakin ABŞ artıq Çini Yeni Soyuq Müharibənin digər ucuna yerləşdirib.

Amerika mətbuatında tez-tez rast gəlinən iddialara görə, Çin və Rusiya yeni nəsil hərbi texnologiyalarda ABŞ-ı ötməyə yaxındır. Bəzi fikirlərə görə, Çin artıq ABŞ-ı ötüb. Brendan Koulun dekabrın 4-də “Newsweek” jurnalında dərc etdiyi məqalədə Rusiyanın hipersəs raketlərində ABŞ-ı keçib-keçmədiyinə dair ekspert rəylərinə geniş yer ayrılıb. Çinin hipersəs raket sınaqları keçirməsi xəbəri ABŞ-ın yeni vəziyyətlə ayaqlaşmalı olması ilə bağlı təbliğatın bir əksi idi.

ABŞ Kosmik Qüvvələrinin Əməliyyatlar üzrə vitse-prezidenti General Devid Tompson xəbərdarlıq edir ki, ABŞ hipersəs proqramlarında ruslar və ya çinlilər qədər qabaqcıl deyil. Tompson bazar günü “Fox News” kanalında Çin və Rusiyanın kosmos texnologiyasında çox sürətlə irəlilədiyini və ABŞ-ın bu sürətlə ayaqlaşmalı olduğunu söyləyib. Çinin tezliklə kosmosda ilk zərbəni endirmək qabiliyyətinə sahib ola biləcəyini vurğulayan Tompsonun sözlərinə görə, Kosmik Qüvvələrin yaradılmasının səbəblərindən biri də Çinin kosmik texnologiyada irəliləyişlər etməsi olub.

ABŞ-ın müdafiə naziri Loyd Ostin şənbə günü Kaliforniyada keçirilən Reyqan Milli Müdafiə Forumu münasibətilə etdiyi çıxışında Çin ordusunun ABŞ-ın Asiyada və bütün dünyada rəqibi olmaq yolunda olduğuna diqqət çəkib. ABŞ-ın rəqabətdən qorxan bir ölkə olmadığını ifadə edən Ostin: “Böyük bir sınaq qarşısındayıq. Biz bununla çaxnaşma və bədbinliklə deyil, inam və qətiyyətlə üzləşəcəyik”, deyə qeyd edib.

Çinin yaxın gələcəkdə Tayvan adasını işğal etməyə hazırlaşdığına dair tez-tez iddialar səslənir. Loyd Ostin ABŞ-ın Tayvanın özünü müdafiə etmə qabiliyyətini dəstəkləməkdə qərarlı olduğunu bildirərək, Çinin döyüş təyyarələrinin Tayvan üzərində gəzməsini bir “məşq” olaraq gördüyünü ifadə edib. ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanın Ukraynaya, Çinin isə Tayvana hücumlarının ağır nəticələr verəcəyi barədə xəbərdarlıq edib.

ABŞ-dan Tayvan böhranı kontekstində Çinə, Ukrayna böhranı kontekstində isə Rusiyaya qarşı sərt bəyanatlar gəlməsi Yeni Soyuq Müharibənin çılğın silahlanma yarışına təkan verəcəyini göstərir. Əslində, Pentaqonun noyabr ayında dərc etdiyi hesabatda Çinin nüvə gücünü sürətlə genişləndirdiyinə dair proqnozlar yer alırdı. Sözügedən Pentaqon hesabatında Çinin 2030-cu ilə qədər nüvə raketlərinin sayını 1000-ə çatdıra biləcəyi qeyd edilib.

Fransa Hərbi Dəniz Qüvvələri 18 noyabr - 3 dekabr tarixləri arasında Qərbi Aralıq dənizi və Atlantik okeanında “POLARIS 21” adlı dəniz təlimi keçirib. Təlimdə ABŞ, İngiltərə, İtaliya, Yunanıstan və İspaniya da iştirak edib. Təlim yeni nəsil dəniz müharibəsi texnologiyasının nümayişi kimi idi. Fransa Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Pier Vandier Çinin 10 ildə dəniz gücünü 3 dəfə artırdığını, hətta Çinin ABŞ Hərbi Dəniz Qüvvələrinin gücünü də geridə qoyduğunu iddia edib. Gələcək münaqişələrin dənizdə və kiber dünyada baş verəcəyini bildirən Vandierin sözlərinə görə, Fransa və müttəfiqləri potensial hərbi təhdidlərlə üzləşməyə hazır olmalıdırlar.

Dünya sülhünü qorumaq üçün yaradılan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvü arasında silahlanma yarışının getməsi də başqa bir qəribə nüansdır. “Nüvə beşliyi” kimi tanınan ABŞ, Çin, Rusiya, İngiltərə və Fransa dünya silah bazarında ən çox satış həyata keçirən ölkələrdir. Yaşadığımız planet addım-addım xaosa doğru sürüklənir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar