Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən yeni çağırış: Birbaşa dialoqa gedin...

Minsk Qrupunun həmsədrləri də kommunikasiya əlaqələrinin açılmasını tələb edirlər...

ATƏT-in Minsk Qrupunun həsədr ölkələrinin Xarici İşlər nazırləri Ermənistanla Azərbaycanı sərhədlərin delimitasiya və demarkasiyası, həmçinin regionda nəqliyyat əlaqələrinin bərpası üzrə konstruktiv fəaliyyətə çağırıblar. 
 
PİA.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Jan-İv Le Drianın yaydığı birgə bəyanatda belə deyilir.
 
ATƏT-in saytında yerləşdirilmiş bəyanata görə, nazirlər Minsk Qrupu həmsədrlərinin himayəsi altında Ermənistanla Azərbaycan arasında birbaşa dialoqun bərpa olunmasıni dəstəkləyirlər. AzərbaycanErmənistan xarici işlər nazirlərini sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə keçirdikləri görüşlərdə atılan ilk addımları və dialoqu davam etdirməyə çağıran Xarici İşlər nazirəri regionda möhkəm və uzunmüddətli sülhə yardım etmək üçün rəhbərlik səviyyəsində əlaqələrin inkişafının da zəruri olduğunu bildiriblər.
 
Həmsədr ölkələr Ermənistanla Azərbaycanı təhrikçi ritorikadan və təxribatçı hərəkətlərdən çəkinməyə, 9 noyabr 2020-ci il tarixdə müəyyənləşdirilmiş və 26 noyabr 2021-ci il tarixində Azərbaycan prezidentinin, Ermənistan Baş nazirinin və Rusiya liderinin bəyanatlarında təsdiq edilmiş öhdəlikləri, həmçinin atəşkəs haqqında birgə razılaşdırılmış digər razılaşmaları tam yerinə yetirməyə çağırıblar.
 
Həmsədrlər ErmənistanAzərbaycanı humanitar məsələlərdə konkret irəliləyişə nail olmaq üçün öz himayələri altında qarşılıqlı fəaliyyəti davam etdirməyə çağırır, o cümlədən saxlanılmış, itkin düşmüş şəxslərin qaytarılması və tarixi abidələrin və mədəni obyektlərin qorunması, habelə sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kimi həll olunmamış digər məsələlərin həlli üzərində konstruktiv işləməyə dəvət ediblər.
 
Həmsədr ölkələr, bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində baş vermiş insidentlərdən narahatlıqlarını ifadə edib, sərhəd mübahisələrinin həlli üçün güc tətbiqinin yolverilməz olduğunu təsdiqləyiblər.
 
Bəyanat müəllifləri Ermənistana və Azərbaycana beynəlxalq humanitar hüququn tələblərinə əməl etmək öhdəliklərini xatırladır və təkidlə tərəfləri beynəlxalq humanitar təşkilatların rayonlara və münaqişədən zərər çəkmiş əhaliyə çıxışına qoyulan məhdudiyyətlərin dərhal aradan qaldırılmasına çağırırlar. 
 
ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələr Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün məsələlərin əhatəli həlli üçün Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, firavan və dinc gələcəyi təmin etmək məqsədilə öz mandatına uyğun olaraq tərəflərlə işləməyə sadiq olduqlarını təsdiq edirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Ən çox oxunanalar