Çərşənbə axşamı, 17 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ukrayna gərginliyi Putinə nə verir? – “Bloomberg”

Bugünlərdə Cenevrə, Brüssel və Vyana şəhərlərində Rusiya ilə Qərb ölkələri arasında Ukraynadakı vəziyyətlə əlaqədar danışıqlar aparılıb. İlk təmas yanvarın 9-10-da Cenevrədə ABŞRusiya xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutub. Yanvarın 11-də Brüsseldə iki il yarımdan sonra ilk dəfə NATO-Rusiya Şurasının iclası keçirilib. Yanvarın 13-də müzakirələr Vyanada ATƏT çərçivəsində davam etdirilib. Amma tərəflər danışıqlarda hansısa irəliləyişə nail olmayıblar.

ABŞ-ın “Bloomberg” agentliyində bu mövzuda “Putin heç nə etməyə-etməyə necə qalib gəlir?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi agentliyin əməkdaşı Entoni Halpindir. O, məqaləsində Rusiya ilə Qərb arasındakı danışıqların nəticəsiz başa çatmasının, qeyri-müəyyən vəziyyətin davam etməsinin kimə daha çox sərfəli olduğunu aydınlaşdırmağa çalışıb. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.Bu ay Cenevrə, Brüssel və Vyana şəhərlərində aparılan danışıqlarda ABŞAvropa diqqətə çatdırıb ki, Rusiya prezidenti Vladimir Putinin seçim imkanı var: Qərbdən təhlükəsizlik zəmanətləri uman, NATO-nun şərqə doğru genişlənməməsini, Ukraynanın bloka qoşulmamasını və keçmiş sovet respublikaları ərazisində hərbi bazaların yaradılmamasını istəyən Rusiya bu tələblərində yalnız o vaxt nəyəsə nail ola bilər ki, Ukrayna ətrafında gərginliyi azaltsın. Ancaq Putinin də belə düşünüb-düşünmədiyi hələ sual altındadır.

İlk baxışdan Putin qərarsız kimi görünür və bu, hələlik ona dividend gətirir. Ukrayna sərhədinə yüz minlik qoşun yığmış Putin bir həftə davam edən danışıqlardan sonra da ABŞ-ı və Avropanı onun niyyətinin nə olduğu üzərində baş sındırmağa məcbur edir.

Əslində Putinin gərginliyi azaltması üçün əsasları az deyil. Rusiya prezidenti bu ay keçirilən danışıqlarda ABŞNATO-nu orta mənzilli raketlərin yerləşdirilməsi məsələsində ona əməkdaşlıq təklif etmək məcburiyyətində qoyub. Halbuki Putin əvvəllər bu məsələdə rədd cavabı alırdı.

Danışıqlarda rusiyalı diplomatlar dönə-dönə vurğulayıblar ki, Moskva NATO qarşısında irəli sürdüyü əsas tələblərdə güzəştə getməyəcək. Həmin tələblər isə Ukraynanın və digər keçmiş sovet respublikalarının NATO-ya qoşulmaq hüququndan məhrum edilməsindən, NATO qüvvələrinin 1997-ci ildəki mövqelərə çəkilməsindən ibarətdir.

Düzdür, alyans bu tələbləri rədd edib. Amma o biri yandan da NATO-Rusiya Şurasının iclasında Rusiyanın nümayəndəsi bildirib ki, Moskva ABŞ-dan və Amerikanın müttəfiqlərindən yazılı təkliflər gözləyir və yalnız o təklifləri alandan sonra Putin danışıqları davam etdirib-etdirməyəcəyi barədə qərar verəcək.

Yəni bugünədək bir tankını da geri çəkməyən Putin hələ indən belə də oturub baxacaq görsün Qərb ona daha nələr təklif etməyə hazırdır, sonra qərara gələcək ki, bir addım atsın, ya yox.

Beləcə, vaxt uzanır, vaxtın uzanması isə Ukraynanın işğal olunacağı təqdirdə ABŞ-ın Rusiyaya tətbiq edəcəyi sanksiyalar sarıdan narahatlıq keçirən Avropa dövlətlərində gərginliyi artırır. Çünki Avropa həmin sanksiyalardan ziyan çəkəcəyini düşünür.

İşdir-şayəd, Putin gərginliyi aradan qaldıracaq heç nə etməsə, onda axırda yəqin ki, məhz Vaşinqtonla Brüssel – Moskva yox! – bu böhranlı vəziyyətdə nəsə bir addım atmağa qərar vermək məcburiyyətində qalacaq.

Entoni Halpin (bloomberg.com)

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Paşinyan KTMT liderləri qarşısında gülünc vəziyyətə düşdü - Video

İlham Əliyev BƏƏ-nin Bakıdakı səfirliyində olub - Foto + Yenilənib

"Bizi tısbağanın dalınca qaçmağa məhkum ediblər... "- Xalq artisti Vidadi Həsənov

Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı

Mərhum sənətçimizin doğum günündə: Qara çarşablı qadın onu uşaq evinə atdı, nişanlısı xəyanət etdi... - Foto

Vilyam Hacıyevin məhkəməsində şahid dindirilib: “Yeddi minlik yardımdan ancaq 300-nü götürdüm”

Bakıda kirayə ev axtaranlar üçün pis xəbər - 400-450 manat... - Video

Astarada çay məcrasından çıxdı: Evlər təhlükə qarşısında - Video

Ukrayna müdafiəçiləri dövlət sərhədinə çatdılar - Video

Pentaqon rəhbəri Şoyqu ilə söhbətindən danışıb

Rusiya ordusu Avdeyevdə itki verərək geri çəkildi

Borc alınması və zəmanət verilməsi qaydası dəyişdi

Ən çox oxunanalar