Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sezen Aksu, Əlixan Rəcəbov və cəhalət bağırtıları

Sezən Aksunun 5 il öncə ifa etdiyi “Şahane bir şey yaşamak” mahnısındakı “Binmişiz bir alamate, Gidiyoruz kıyamete. Selam söyleyin o cahil Havva ile Ademe” misrasdan Türkiyədə şəriət rejimi qurmaq istəyən islamçılar indi xəbər tutublar və dərhal da cəhalət bağırtıları yüksəlməyə başlayıb. Radikal islamçılar dünyaca məşhur müğənni xanımı təhdid edir, hesab çəkəcəklərini bildirir, məhkəmədə davası açmaqla yanaşı şəriət qaydasında hesablaşacaqlarını bildirirlər.

Sezen Aksu radikal islamçılarla yanaşı Milləyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının da qəzəbinə gəlib. Baxçalı Sezen Aksuya səslənərək belə deyib: “Bu sanatçıya diyorum ki serçe isen serçeliğini bil. Sakın kuzgunluğa heves etme”. Bir xanım müğənnini bu şəkildə aşağılamağı özünə rəva görən bu şəxs türk milliyətçiliyinin lideridir. Üstəlik 74 yaşındadır və parlament üzvüdür. Parlamentin fikir azadlığınn nəticəsi olduğunu anlamamasının nəticəsidir ki Dövlət Baxçalı fikir azadlığını müdafiə etmək əvəzinə, sənətçini təhdid edir.

DEVA Partiyasının lideri Əli Babacanın Sezen Aksunu müdafiə edərək söylədiyi “Türkiye ancak fikir ve ifade özgürlüğü zemininde yükselebilir” sözləri türk milliyətçiliyinin liderinə demokratiya dərsidir.

Sezen Aksuya dəstək olan Mustafa Sandal və Tarkan kimi dünyaca məşhur sənətçilər də islamçıların qəzəbinə gəliblər.
İstanbul Böyük Şəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlu sənətçilərə dəstək verib və sosial şəbəkələrdəki şəxsi hesabından “Sanatçıdır konuşacak. Sanatçılar bu ülkenin iç sesidir. Kimse gündem değiştirmek için bu sesleri kısamaz. #Tarkan #SezenAksu #MustafaSandal” mesajını yayımlayıb.

“Sonuncu şam yeməyi” filiminə görə rejissor və aktyor Əlixan Rəcəbovu bəzi din xadimləri tərəfindən hədəfə alınması ilə bağlı məlumatı Azərbaycan siyasətinin mümtaz isimlərdən Seymur Həzinin facebook statusunadn xəbər tutdum. Çağdaş mədəniyyətə bağlılığı ilə bütün müsəlman dünyasında fərqlənən, bəşəriyyətə Mirzə Fətəli Axundzadə kimi nəhəng fikir adamı bəşx etmiş Azərbaycanda bir sənət adamının təhdid edilməsi qəbul edilməzdir.

Rejissor və aktyor Əlixan Rəcəbova dəstəyimi ifadə edir və Əli Babacanın sözlərini bir qədər dəyişərək hər kəsə səslənirəm:“Azərbaycan yalnız fikir və ifadə özgürlüyünün mövcud olduğu zaman inkişaf edə bilər”.

(Xaqani Cəfərli, politoloq)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar