Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikada demokratiya çatışmazlığı - Seçki mexanizmi ABŞ-ın əsas probleminə çevrilir...

2024-cü il prezident seçkilərinə hələ üç il var, lakin Demokratlar və Respublikaçılar arasında Amerikanın gələcəyi ilə bağlı hədsiz zidd fikirlər yaranıb...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 18 yanvar 2022-ci il

ABŞ-ın Nümayəndələr Palatasında seçki mexanizmlərinin demokratikləşdirilməsi ilə bağlı qanunvericiliyə düzəlişlər paketi təsdiqlənib. Düzəliş qanuna çevrilməsi üçün Senatdan keçməlidir. Qanun layihəsinin Senatdan keçməsi üçünsə Demokratlara 10 Respublikaçı lazımdır. Demokratların Senatda səsvermə qaydalarını sadə səs çoxluğu sistemi ilə əvəz etməsi üçün onlar Demokrat senatorlar Co Mençin və Kirsten Sinemanı razı salmalıdırlar. ABŞ prezidenti Bayden Atlantdakı çıxışında qanun layihəsinin qəbul edilməsi ilə bağlı çox sərt ifadələr işlədib. Buna baxmayaraq, iki senator mövqelərini dəyişməyib.

Demokratlar Partiyasının qatı tərəfdarı olan “qara amerikalılar” isə Baydenin bu məsələdə gecikdiyi qənaətindədirlər. Səsvermə hüququ uğrunda mübarizənin aparıcı simalarından biri olan Steysi Abramsın keçən həftə Baydenin Atlanta səfərinə qatılmaması diqqətçəkici idi. 2022-ci il ara seçkilərində Corciya qubernatorluğuna namizəd olmağa hazırlaşan Abrams Baydenin səfərinə qatılmır ki, bu da bir növ etiraz kimi şərh edilir.

Səsvermə hüquqlarını təşviq etmək cəhdləri Demokratlar və Respublikaçılar arasında yaşam mübarizəsinə çevrilib. “Ağ Amerika Respublikaçıları” sistemin dəyişdirilməsinə qəti etiraz edirlər. Təbii ki, söhbət təkcə səsvermə hüququnun təşviqindən getmir. Amerikalılar uzun müddətdir ki, ABŞ prezidentlərinin ümumxalq səsverməsi yolu ilə seçilməsini müzakirə edirlər.

ABŞ-da ən çox səs toplayan namizədin prezident seçilməsi bir qayda deyil. Yekun halda hansı namizədin Prezident olacağına 538 ştat nümayəndəsindən ibarət “Seçki Şurası” qərar verir. Bu baxımdan, prezident seçkiləri daha çox ştatları və onları müşayiət edən seçki səslərini qazanmaq uğrunda mübarizə kimi təsvir olunur. Prezidentlik sistemlərinin qəbul edildiyi ölkələr baxımından “Amerika nümunəsi” isə istisnadır. 2000-ci ildə Corc Buş və 2016-cı ildə Donald Tramp rəqiblərindən daha az səs alsa da, onlar bu sistem sayəsində prezident seçiliblər. ABŞ-da Seçicilər Kollegiyasından 270 səs toplayan namizəd prezident olur.

2012-ci ildə Tramp iddia edirdi ki, ən çox səs toplayan namizəd prezident seçilməlidir. 2017-ci ildə “Seçki Şurası” sayəsində prezident kürsüsünə oturan Tramp indi bu sistemin dəyişdirilməsinə qarşı çıxır. 2020-ci ilin noyabrında keçirilən seçkilərdə Bayden Trampdan 7 milyon çox səs toplayıb. Bayden Seçicilər Kollegiyasından 306 səs toplayıb və prezident kürsüsünə oturub. Trampın Seçicilər Kollegiyasının səslərini dəyişdirmək cəhdləri uğursuzluqla nəticələnib. Üstündən 15 ay keçməsinə baxmayaraq, Tramp seçki nəticələrinin legitim olduğunu qəbul etmir.

“Seçki Şurası”, əslində “ağ üstünlüyünü” qorumaq üçün yaradılıb. Sistem quldarlıq edən cənub ştatlarına prezident seçkilərində həddindən artıq nəzarət imkanı verdi. Bu nəzarət qaradərili amerikalıları aşağıda tutmağı daha da asanlaşdırır. Digər tərəfdən, kiçik ştatlar bu sistemdə öz əhalisindən çox-çox yüksəkdə güc qazandılar. İndiyədək “Seçki Şurası”nı ləğv etmək üçün 700-dən çox cəhd edilib, lakin bu cəhdlər uğurlu olmayıb. 1960-cı illərin sonunda “Seçicilər Kollegiyası”nın ləğvi ilə bağlı qanuna edilən dəyişiklik Nümayəndələr Palatasında səs çoxluğu ilə qəbul edildi. Lakin Senatdakı cənublu senatorlar bu cəhdin qarşısını aldılar.

Hazırda 15 ştat ən çox səs toplayan prezidentliyə namizədin bütün seçki nümayəndələrində qalib gələcəyi ilə razılaşır. Həmin ştatların nümayəndələri kimin prezident olacağını təmin edən 270 səsin təxminən 3/4-nü təmsil edirlər. Ən çox səs toplayan namizədin prezident olması üçün bu koalisiyaya daha çox ştat qoşulmalıdır. Hətta Respublikaçıların qalası olan Texasın dəyişməsi də tarazlığı yeniləyir. Ekspertlərin fikrincə, Demokratlar Texasda qalib gəlsələr, bu dəfə Respublikaçılar “Seçicilər Kollegiyası”na qarşı çıxacaqlar.

Amerikanın cənub ştatları bir vaxtlar separatçı Demokratların qalaları idi. Bu quldar ştatları federasiya sistemində saxlamaq üçün “Seçki Şurası” gətirildi. Demokratlar Partiyasının transformasiyası ilə əlaqədar bu ştatlar Respublikaçılara keçdi. İndi Demokratlar sistemi dəyişmək istəyirlər. Amerikanın yaşadığı “demokratiya çatışmazlığını” aradan qaldırmaq çox çətindir. 2024-cü il prezident seçkilərinə hələ üç il var, lakin Demokratlar və Respublikaçılar Amerikanın gələcəyi ilə bağlı hədsiz zidd fikirlər yaranıb.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar