Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 176 nəfər ölüb. Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 412 min 31 nəfərin test edildiyi, 72 min 615 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 84 min 426 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
pia.az