Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynalı deputatlar: “20 Yanvar qırğının günahkarları mütləq cəzalandırılmalıdır”  

Ukrayna Ali Radasının (parlament) deputatları Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının günahkarlarının cəzalandırılmasını tələb edirlər.

Qanunverici orqanın “Səs”(“Qolos”) Partiyasından deputatı Yaroslav Yurçişin “Report”un Şərqi Avropa bürosuna açıqlamasında deyib ki, pis halların cəzasız qalması onun yenidən təkrarlanmasına səbəb ola bilər:

“Ona görə də istər Azərbaycanda 1990-cı il yanvarın 20-də, istərsə də başqa respublikalarda Sovet İttifaqının cinayətlərinin təşəbbüskarlarının araşdırılması və heç olmasa qiyabi hökmlərin çıxarılması çox vacibdir. Biz yaxşı bilirik ki, Rusiya bu araşdırmalara mane olacaq. Amma həqiqi müstəqil dövlətlərin qurulması, qanunun aliliyi və demokratiya ədalətə çağırır. Bu səbəbdən Ukraynada bir neçə ildir ki, 1932-1933-cü illərdə Qolodomorun təşəbbüskarlarına qarşı cinayət işi aparılır. Həm Ukrayna, həm də Azərbaycan nümayiş etdirirlər ki, sovet totalitarizminin qaytarılması qeyri-mümkündür. Onun xalqlarımıza gətirdiyi şər isə öz cəzasını almalıdır”, - Y.Yurçişin vurğulayıb.


Yaroslav Yurçişin

Ali Radanın hakim “Xalqın xidmətçisi" Partiyasından deputatı Yelizaveta Yasko bildirib ki, bu gün Ukraynaya dost olan Azərbaycan sovet qoşunlarının Bakıya qanunsuz daxil olması və çoxsaylı insan tələfatı, dağıntılara səbəb olan Qara Yanvar hadisəsinin 32-ci ildönümünü qeyd edir:

“Bu, asayişi bərpa etmək bəhanəsi ilə, əslində isə Azərbaycan xalqının azadlıq və müstəqillik arzularını cilovlamaq üçün edilib. 1953-cü ildə Berlində, 1956-cı ildə Budapeştdə, 1968-ci ildə Praqada, 1979-cu ildə Kabildə olduğu kimi, repressiya və işğala çevrildi. Çünki Moskva inanırdı (və təəssüf ki, hələ də inanır) Rusiya ilə qonşu ölkələrdə necə yaşamağa qərar vermək hüququna malikdir. Faciəli Qara Yanvar hadisələrindən əvvəl sovet rəhbərliyi Almatı və Tiflisdə, ondan sonra isə Vilnüs və Riqada artıq kobud güc tətbiq etmişdi. İmperiya ideyasının iflası fonunda milli hərəkatları kobud güclə yatırmaq cəhdi uğursuzluğa düçar oldu. Təəssüf ki, bütün yeni müstəqil dövlətlər üçün çox ağır qiymətə başa gəlsə də.. Bugünkü Rusiya təcavüzkar imperiya siyasətinə - məzlum diplomatiyaya, təhdid və ultimatumların dilinə, şovinist təbliğata və birbaşa silahlı təcavüzə qayıdıb. Biz Ukraynada bunu tam hiss edirik və ölkəmizi müdafiə etmək əzmindəyik. Bu yaddaqalan tarixdə Azərbaycan xalqına və rəhbərliyinə başsağlığı verir, Qara Yanvarın bir daha təkrarlanmaması üçün onlara xoşbəxtlik, əmin-amanlıq və firavanlıq arzulayıram. Mən də ənənəvi olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyimi bildirirəm, həmçinin prezident İlham Əliyevin bu yaxınlarda səfəri ilə təsdiqlənən Ukraynanın qarşılıqlı dəstəyinə görə Azərbaycana təşəkkür edirəm. 20 yanvar Bakı qırğını şəhidlərinin xatirəsi əbədidir”, - deyə, Yasko bildirib.


Yelizaveta Yasko

Ali Radanın hakim “Xalqın xidmətçisi” Partiyasından deputatı Yuriy Kamelçuk isə bildirib ki, müqəddəs “Kreşenie” bayramı Bakı sakinləri və bütün Azərbaycan üçün matəm günü ilə eyni vaxtdadır: “Bu, təəssüfləndirici haldır. Bu gün, yanvarın 20-də bakılılar 1990-cı ildə Sovet qoşunlarının hücumu nəticəsində həlak olanların xatirəsini ehtiramla yad edirlər. Rəsmi məlumatlara görə, həmin Qara Yanvarda 200-ə yaxın dinc azərbaycanlı həlak olub. Biz, bir neçə qanlı inqilabdan sağ çıxan ukraynalılar, Azərbaycanla birlikdə həlak olanların xatirəsini ehtiramla yad edirik. Bakıda yanvar qırğını heç vaxt təkrarlanmamalı olan dəhşətli hadisələr sırasına öncüllük edir. Ukrayna da, Azərbaycan da düzgün sülhsevər mövqe tutur”, - deyə, o əlavə edib.


Yuriy Kamelçuk

Hakim "Xalqın xidmətçisi" Partiyasının digər deputatı Yevgeni Braqar isə bildirir ki, 1990-cı ildə Bakıda baş vermiş Yanvar hadisələri, əslində, SSRİ-nin dağılması üçün mühüm katalizator oldu, çünki məhz Naxçıvan MSSR ilə birlikdə ayrı-ayrı subyektlərin İttifaqdan çıxması başlandı:

"Bakıdakı Yanvar hadisələri Sovet hökumətinin dinc əhalinin, o cümlədən qadınların və uşaqların həyatını heç də gözdən salmamasının ən bariz nümunəsidir. Azərbaycan cəmiyyəti bu hadisələrə öz ədalətli qiymətini verdi və beynəlxalq ictimaiyyət də eyni qiyməti verməlidir. Qara Yanvar cinayətlərini susdurmaq olmaz", - deputat vurğulayıb.

Yevgeni Braqar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar