Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərhədə cəmləşdirilmiş qoşunların yeni peyk fotoları yayıldı - Vəziyyət qeyri-müəyyən olaraq qalır

Rusiyanın Ukrayna sərhədləri boyu cəmləşdirdiyi hərbi texnikanın peykdən çəkilmiş yeni fotoları yayılıb.

virtualaz.org xəbər verir ki, Maxar Texnologies şirkətinin peykindən çəkilmiş fotolara əsasən Ukrayna sərhədləri yaxınlığında bir neçə səhra düşərgəsinə ən müxtəlif tipli hərbi texnika və döyüş texnikası cəmləşdirilib.

Fotolar

Publisist Aleks Salvi isə Ukrayna sərhədləri boyu Rusiya qoşunlarının əsas cəmləşmə rayonları barədə kadrları yayıb. Onun məlumatına görə, qoşunlar Ukraynadan 165 kilometr məsafədəki Poqonovada, 135 kilometr məsafədəki Yelndə, 30 kilometr məsafədəki Klintsedə və 13 kilometr məsafədəki Klimovoda cəmləşdiriliblər.


Dekabr ayında Ukraynanın Milli Təhlükəsizlik Xidmətinin açıqladığı məlumatda deyilirdi ki, sərhəd boyu cəmləşdirilmiş canlı qüvvənin sayı 120 mini keçir. Lakin yanvarın əvvəllərindən etibarən Rusiya hərbi texnikasının və canlı qüvvəsinin Ukrayna sərhədlərinə cəmləşdirilməsi daha da intensivləşib, Uzaq Şərqdə dislokasiya edilmiş hərbi hissələrin döyüş texnikası və şəxsi heyəti də qatarlarla sərhədə daşınıb.

Qərb dövlətləri Rusiyanın yanvarın sonlarında, yaxud fevralın əvvəllərində Ukraynaya genişmiqyaslı hücuma keçə biləcəyini deyirlər. Ukrayna prezidenti Vladimir Zelenski isə bu günlərdə xalqa müraciət edərək müharibə xəbərlərindən təşvişə düşməməyə çağırıb.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar